Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı koronavirusa (COVİD-19) yoluxub. SİA xəbər verir ki,bu barədə tanınmış hüquqşünas Namizəd Səfərov öz "Facebook” hesabında paylaşım edib.
Namizəd Səfərovun sözlərinə görə, Nemət Pənahlının son durumu heç də ürəkaçan deyil.
"Nemət Pənahlı COVID-19-la həyat uğrunda ölüm-dirim mübarizəsi aparır”.
Qeyd edək ki, Nemət Pənahlı Milli Dövlətçilik Partiyasının sədri, 1988-ci ildə meydan hərəkatı zamanı əsas simalardan biri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB