"Evlənməyəcəyəm" deyənlərə haqq qazandıran SƏBƏBLƏR BƏLLİ OLDU

"Evlənməyəcəyəm" deyənlərə haqq qazandıran SƏBƏBLƏR BƏLLİ OLDU

Bəziləri var ki, gənc yaşlarından "evlənməyəcəyəm" deyirlər. Onlardan bir qismi sözünə əməl edir, digər qismi isə sözünü udur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, evlənməyənlər öz daxili dünyasında daha xoşbəxtdir. Bəs bunun səbəbi nədir?

Tək başına qərar verə bilməzsən.

Evlənmək üçün can atan insanlar evliliyin yalnız rəsmi bir sənəd olmadığını söyləyirlər. Onlar üçün iki nəfəri birləşdirən bu sənəd işin ən kiçik və əhəmiyyətsiz hissəsidir. Çünki, əsas şey evlilik həyatının özüdür. Bəlkə də, evlilik sadəcə bir kağız parçasıdır. Evliliklə olan bu rəsmi əlaqə bəzən cütlüklər üçün güclü maneələr yarada bilər. Alınacaq bəzi vacib qərarlar fərdlərin iradəsini aşır və insanın tək qərar verməsi çətinləşir.

Onun kredit borcu artıq sizin borcunuzdur - Nigahda olan hər iki tərəf maddi cəhətdən daha da məsuliyyətli və bir-birlərinə bağlı olurlar. Onun kredit borcu sizin də borcunuzdur. Onun xərclərinə görə məsuliyyət daşıyırsınız. Şəxsi zövqlərə pul xərcləmək sizin üçün çətin olur. Üstəlik, xərclədiyiniz xərclərə görə də hesabat verməlisiniz.

Boşanmalar artmaqdadır - Qarşıdurma vaxtı əksər münasibətlər ayrılıqla başa çatır. Bundan əlavə, günümüzdə evliliklərdə boşanma daha da artmışdır. Bu, yalnız dünyada deyil, ölkəmizdə də belədir.

Evlənmədən ayrılmaq daha asandır - Münasibətlər evlilik nöqtəsinə çatmadığı zaman, ayrılıq görünür. Bu daha rahatdır. Etiraf edək ki, insanlar zaman keçdikcə dəyişirlər. İndi ətrafımızda hər şey daha sürətli dəyişir. Bu vəziyyətdə insanların dəyişməz qalması və ilk gün kimi davranması mümkün deyil. Lakin, evlilik bütün bu həqiqətlərə mane olur. Boşanma prosesi öz-özlüyündə bir cəhd kimi görünür. Münasibətlərdə asanlıqla həll oluna bilən ayrılma mərhələsi, evlilikdə rəsmiləşdirilməli olduğu üçün insanların gözündə daha da böyüyür. Bəzi insanlar bu boşanma yükündən qurtulmaqdansa, evliliyə davam etməyi seçirlər.

Məsuliyyət götürmək - Zaman keçdikcə evləndiyiniz insanın məsuliyyəti də çiyinlərinizdə olur. Əvvəlki həyatınızı unudub, özünüzü öhdəlik sahibi kimi hiss edəcəksiniz. "Mənə nə" deyərək həyatınızı keçirtdiyiniz insandan üz çevirmək sizin üçün çətin olur.

İstədiyiniz kimi yaşamaq - "Axşam nahar üçün nə var?" Bu çox sadə bir sualdır. Subaysınızsa, bu sualın cavabı tamamilə sizə aiddir. Əlbətdə ki, hər seçim mədəniyyətin və cəmiyyətin təsirləri ilə formalaşdırılmalıdır. Subaylıqda yaxınlarınız və sevmədikləriniz üçün fədakarlaq etmədiyinizi demirik. Ancaq, məsələ evlilik olduqda, bu üstünlüklər təsirdən çıxır və asılı seçim kimi görünür.

Dostlar məsələsi - Münasibətinizdə əksər vaxt dostlarınızla və sevgilinizlə keçirdiyiniz vaxtı balanslaşdırmağın bir yolunu seçirsiniz. Sevgilinizdən başqa, belə demək mümkünsə, dostlarınızla vaxt keçirmək də haqqınızdır. Ancaq, evlilik institutu ilə əlaqəli olduqda, dostlarınızla qurduğunuz fərdi münasibətlər birdən-birə dəyişməyə başlayır. Tək və ya dostları ilə ayrı-ayrılıqda keçirdiyiniz vaxt azalır. Tətilə gedirsiniz? Subay olanda necə və kiminlə getmək məsələsində daha çox sərbəstliyə sahibsən. Yeni il ərəfəsində nə edirsən? Dostlarınızla vaxt keçirə bilərsən.

Hesabat vermək - Avtomobil almaqla bağlı sadə məsələni nəzərdən keçirək. Bu qərarı sevdiyinizə bildirməmək və ya hesabat verməmək şansınız var. Onunla da müzakirə edə bilərsiniz, lakin müəyyən mənada bu məsləhətləşmə və fikir şəklində olacaqdır. Büdcədən siz cavabdehsiz. Tədqiqatlarınızı buna uyğun olaraq aparırsınız və avtomobil alırsız. Evlilikdə maliyyə birliyi olduğu üçün həm qərar vermə mərhələsində, həm də qərarın həyata keçirilməsində qarşı tərəfdən asılısınız. Bekarlıqda asan olan məsələlər evlilikdə dərin müzakirələrə çevrilə bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə