"Qalın parça maskalar daha qoruyucudur" HƏKİMDƏN AÇIQLAMA

"Qalın parça maskalar daha qoruyucudur" HƏKİMDƏN AÇIQLAMA

İzmir dəniz elmləri və texnologiyaları institutunun müəllim üzvü, həkim Doğan Yaşar, tozcuqların immuniteti zəiflətməsi haqqında danışıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, lazım olmadıqca çölə çıxmamaq, çıxsaq belə maska ​​istifadə etmək vacibdir.

Yazla birlikdə tozcuqlar da ortaya çıxıb. Lakin, bu epidemiya dövründə daha təhlükəlidir. İmmunitet sistemini zəiflədən tozcuqlar insanı koronavirusa qarşı daha həssas edir. Dənizçilik elmləri və texnologiyaları institutu fakültəsi üzvü professor Doğan Yaşarın sözlərinə görə, havalar isinir və bu çox yaxşı bir xəbərdir: "İstiləşmə məhsuldarlıq, bitkilərin yaşıllaşması, baharın gəlməsi və hər şeyin gözəl olması deməkdir. Lakin, bu dövrdə bahar alergiyası meydana gəlir. Tozcuqların bədən müqavimətini aşağı saldığını bilirik. Almaniyada bir çox alimin iştirakı ilə hərtərəfli araşdırma aparılıb. Covid-19-un daha da təhlükəli olduğu, tozcuqların immuniteti aşağı saldığı ortaya çıxıb. Qalın parça maskalar daha qoruyucudur".

Həkim onu da qeyd edib ki, aprel ayının ilk həftəsi tozcuqlar daha da artacaq: "Yaz alergiyası olanlar bunu hiss edir. Bu dövrdə ABŞ və Avropada yaz alergiyası olanlar küçəyə çıxmamalıdır. Tədbir bəndədəndir, təqdir Allahdandır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə