"İdman vərdişləri artırılmalıdır. Hərəkətsizlik yalnız fiziki deyil, həm də zehni olaraq xəstəliklərə səbəb olur". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli həkim Ahmet İnal, pandemiya dövründə evdə vaxt keçirən insanların cansıxıcı olduğunu və bu dövrdə yalnız qidalanma deyil, idmana da əhəmiyyət verilməli olduğunu söyləyib.
Onun sözlərinə görə, koronavirusdan sonra insanlarda depressiya halları ola bilər: "Bu xəstəliyi aradan qaldırmaq və depressiyanın qarşısını almaq üçün qidalanmaya diqqət yetirmək lazımdır. Sink və fol turşusu ilə zəngin məhsullarla qidalanma çox vacibdir. Əslində bəzi depressiyalı xəstələrə fol turşulu yeməklər verilib. Fol turşusu verilən insanlarda depressiyaya daha az rast gəlinir. Buna görə bu turşu olduqca zəngin bir məhsuldur. Nanə kimi yaşıl yarpaqlı qidalar və roka da çox istehlak edilməlidir. Çöldə sink baxımından zəngin olan balqabaq toxumu kimi qabıqlı qoz-fındıq yeyilməlidir. Bunları istehlak edərkən də miqdarı bizim üçün çox vacibdir".
İdman vərdişlərini artırmaq lazımdır
Xüsusilə, evdə vaxt keçirən insanlar daha çox darıxır. Qapanmalara görə küçələrə baxdığımızda depressiyaya düşməmək mümkün deyil. İstər-istəməz insan sıxılır. İdman vərdişləri artırılmalıdır. Çünki, hərəkətsizlik yalnız fiziki cəhətdən deyil, həm də zehni olaraq xəstəliyə səbəb olur.
Adi ağrıkəsici dərmanlarda belə ölüm riski var
Bu gün ən çox görülən problemlərdən biri də təhlükəli ağrı kəsicilərinin istifadəsidir. Ağrıkəsicilər aptekdən təsadüfi olaraq baş, diş və ya hər hansı bir ağrıya qarşı ala biləcəyimiz dərmanlardır. Bu, bizim əlilliyimizdir. Bu səbəbdən bir çox təsadüfi ağrı kəsicilərinin istifadəsini görə bilərik. Ən sadə ağrıkəsicilərdə belə, ölüm riski var. Ağrıkəsici dərmanları müəyyən dozadan yuxarı istifadə etsəniz hətta ölə bilərsiniz. Buna görə ağrıkəsicilərə diqqət yetirilməlidir.
Vaksinasiyadan əvvəl ağrıkəsici içmək olmaz
Peyvəndi olanlar ağrıkəsici istifadəsinə diqqət yetirməlidir. Bu gün çox insanla peyvənd olunur. Ağrı ilə peyvənd arasındakı qarşılıqlı əlaqəli araşdırmalar var. Peyvənddən sonra və əvvəl ağrıkəsici alınmamalıdır. Vaksindən sonra baş ağrısında yüngül ağrıkəsicilər alınmalıdır. Ağrı növü baş ağrısında çox vacibdir. Ağrılar nevroloji və ya nadir baş ağrısı kimi qiymətləndirilir. Əgər gündəlik bir xəstəlikdən qaynaqlanan baş ağrısıdırsa müalicə edilməlidir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB