Boşanma ilə bağlı söylənilən 10 yalan MARAQLI FAKTLAR

Boşanma ilə bağlı söylənilən 10 yalan MARAQLI FAKTLAR

Bir çoxumuz boşanma mövzusunda təcrübəsizik. İnsanlar kənardan boşanma ilə bağlı eşitdiklərinə inanır. Ancaq, hər evlilik və münasibət fərqli olduğu kimi, hər boşanma da fərqlidir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, boşanmadan əvvəl və sonra hər kəs fərqli yollardan keçir.

Bütün boşanmalar əsasən eynidir - Bütün boşanmalar bir-birindən fərqlidir. Evliliyin də öz tarazlıqları var. Əlbəttə, boşanma prosesi zamanı başqalarının təcrübələrindən faydalana bilərsiniz. Lakin, nəticələri həmişə öz fikirlərinizin işığı altında əldə etməlisiniz.

Bu müddətdə ailə hər zaman yanınızdadır - Kaş ki belə olaydı. Ailə üzvlərinin əksəriyyəti, övladlarının boşanmasına qarşıdır. Bütün mübarizələrinizdə olduğu kimi bu mövzuda da ailənizdən dəstək alacağınızı ümid edirsiniz. Bununla yanaşı, gözlənilməz reaksiyalarla da qarşılaşmaq olar. Lakin, unutmamalısınız ki, boşanan ailəniz deyil, sizsiniz.

Əvvəlki həyat yoldaşınızla dost qala bilməzsiniz - Bu hallarda ona qarşı əsəbi ola, bir çox məsələdə onu günahlandıra bilərsiniz. Lakin, əsəbi reaksiya vermək sizin üçün mənfidir. Əgər, uşağınız varsa, onun atasına qarşı aqresiv münasibətdə olmaq lazım deyil.

Boşanma prosesi zamanı depressiya qaçılmazdır - Bu barədə bilməli olduğunuz şey, kədər və depressiyanın eyni şey olmamasıdır. Bu müddətdə kədərin dadına baxacağınız çox normaldır. Lakin, bu, depressiya demək deyil. Bu barədə nə qədər az düşünsəniz, o qədər tez yaxa qurtararsız. Heç vaxt özünə qarşı üç meymun oynamamalısan. Duyğularınızı və düşüncələrinizi içinizə atmayın.

Boşanmaq uğursuzluğun sübutudur - Xeyr, bu yalnız evliliyinizin irəliləmədiyi göstərir. Bu, uğursuz olduğunuz demək deyil. Vəkiliniz sizi emosional olaraq başa düşür və dəstəkləyir. Bu həmişə belə deyil. Yalnız işlərini görməyə çalışan və hisslərini qarışdırmayan yüzlərlə vəkil var. Onların sizə emosional dəstək verəcəyini gözləməyin mənası yoxdur. Əgər, vəkilinizdən emosional dəstək istəyirsinizsə, seçiminizdə daha diqqətli olmalısınız.

Dostlarınız daim arxanızdadır - Bu siyahının son və ən böyük yalanı ola bilər. Əlbəttə ki, dostlarınız müxtəlif məsələlərdə sizə dəstək olacaqlar. Lakin, boşanmaya gəldikdə, bu dəstəyi daha az görə bilərsiniz. Bəzi insanlar boşanma qərarlarına ümumiyyətlə xoşagəlməz olduqlarından, reaksiyalar da fərqli ola bilər.

Yavaş-yavaş öz həyatınıza baxıb başqa biri ilə ailə qurmaq - Yuxarıda yazılanlara uyğun olaraq bu hissədə də tələsmək lazım deyil. Bir dəqiqədə həyatınızdakı hər dəyişikliyə uyğunlaşmadığınız kimi, bu müddətdə də qəfil hərəkətlər etmək lazım deyil.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə