Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş digər vətəndaşlarımıza diqqət və qayğısını əsirgəmir, onlara daima maddi və mənəvi dəstək olurlar. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən "Səadət" Fondunun ölkəmizə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların göndərməsi də bu qəbildən olan növbəti xeyriyyə aksiyasıdır.
Xeyriyyə tədbiri Türkiyənin İDDEF təşkilatının dəstəyi ilə həyata keçirilib və sovqat dolu yük maşını Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Bakıya göndərilib.
Aksiya çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri şəhid və qazi ailələrinə sovqat dolu 200-dən çox bağlama çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB