Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır. Bu forma uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir.

Koronavirus təhlükəsi səbəbindən martın 3-dən 27-dək bütün təhsil müəssisələrində tədris prosesinə ara verilib. Dünyanın bir çox ölkəsində, təhsil müəssisələri fəaliyyətlərini dayandırsalar da, bir çox yerlərdə ali məktəblərdə onlayn təhsil metoduna keçilib. Bəs Azərbaycanda təhsil ocaqları "online" təhsilə keçid etdikdən sonra Azərbaycanda təhsilə olan həvəs niyə əvvəlki illərdəki kimi deyil? Bu məsələ ilə tələbələrin fikrini öyrənmək üçün Sahil bağına yollandım və müxtəlif ali və orta təhsil müəssisələrinin tələbələri ilə söhbətləşdim.

Emin Babayev - Pandemiya başladıqdan sonra təhsilimiz online təhsilə keçib. Bu, bir növ yaxşı prossesdir və müsbət bir haldır. Çünki Avropada və inkişaf etmiş ölkələrdə təcrübə olunub. Lakin distant təhsilə Azərbaycan təhsili tam hazır deyildi. Fikrimcə, yetərincə infrastuktur yox idi. Acıqlanmasa da, bir çox insanlar distant təhsildə yaşadığı çətinlikləri görürük. Hər insanın distant təhsilə qoşulmaq üçün yetərincə vəsaiti yoxdur ki, o, telefon, komputer alaraq onlayn dərsə qoşulsun. Bu səbəbdən qəbul balları aşağı düşüb.

Günel Əliyeva - Bakı Musiqi Akademiyasının tələbəsiyəm. Musiqiçi kimi deyə bilərdim ki, bizə praktiki dərs keçirilmir. Fikrimcə, humanitar və texniki dərslər daha asan keçirilir. Təcrübə tələb edən dərslər isə daha zəif keçirilir. İnternetdə musiqi ifa etmək musiqicilərə çətinlik yaradır.

Ümid Musayev - onlayn təhsilin müsbət cəhəti odur ki, yaşadığımız yerdən asılı olmayaraq daha tez tədrisə qoşuluruq. Mənfi cəhəti odur ki, ünsiyyət qurmaq çətindir və sosiallaşmaq olmur. Mən istərdim ki, onlayn dərslər olmasın.Ənənəvi üsulda tədrisi daha çox bəyənirəm.

Məhərrəmova Röya - Azərbaycan Dövlət Maliyyə İqtisad kollecinin 2-ci kurs tələbəsiyəm. Fikrimcə, əyani təhsildə öyrənmək qabiliyyətim daha çox idi. Mən onlayn təhsildə internet problemi yaşıyıram.

Günay Mirzəyeva - 11-ci sinif şagirdiyəm, onlayn dərsə biz də qoşuluruq. Bu zaman müəyyən gecikmələr baş verir və təbii ki, bunun səbəbi internetin gücü və microsoft tiems proqramının yüklənməsi olur bu problem həddən artıq istifadədən yaranır. Proqram bizi bloklayır və yaxud görüntülü söhbətdən atır. Ümid edirəm ki, ənənəvi tədrisə qayıdarıq məzun olmaq istəyirik.

Saleh Səmədov - Pandemiya ilə əlaqədar olaraq biz keçən ilin mart ayından distant formada təhsil alırıq. Fikrimcə, distant təhsilin üstünlüyü bundan ibarətdir ki, istənilən məsafəli ərazidən tədris oluna bilər. Bu baxımdan, bir növ bizə vaxt qazandırır. Lakin məsafəli təhsildə ünsiyyət qurmaq daha da çətinləşib göz kontaktı olmadığı üçün dərsi başa düşməkdə çətinlik çəkirik.

Məsələ ilə bağlı Təhsil ekspert Kamran Əsədov ilə əlaqə saxladıq

Azərbyacanda hal-hazırda tədrisin təşkili distant qaydada deyil. Ölkəmizdə tətbiq edilən məsafədən onlayn təhsildir və bu məsafədən onlayn təhsildə Microsoft teams skaype teledərs vasitəsilə keçirilir. Ümumiyyətlə, vurğulamaq istərdim ki, onlayn təhsilin hüquqi bazası yoxdur.

2020-ci il mart ayının 3-də pandemiya dövrü yeni başladığı zamanlarda məcburiyyətdən tədrisin bu formasına keçmişdik, çünki alternativimiz yox idi. Onlayn təhsilin sagirdlərin biliyinə necə təsir edib? Əlbəttə ki, onlayn təhsil müddətində uşaqların bilik və bacarıqlarının qiymətləndirilməsi və mənimsənməsi ilə bağlı müvafiq qiymətləndirilmə aparıldı. Əslində, bu qiymətləndirilməni aparmasaq belə, bütövlükdə, təhsilin səviyyəsi keçən illərə nisbət kifayət qədər aşağı düşüb. Mən hesab edirəm ki, builki buraxılış və ali məktəblərə qəbul imtahanında biz bunu müşahidə edəcəyik.

Xatırladaq ki, indiyə qədər məsafəli təhsildə hüquqi baza olmaması dərsdə iştirak edənlərə dərsdə qiymətləndirmə müddətində dərsin aparılma qaydasında çox ciddi problemlər yaşadıb. Onlayn qaydada olan dərslərdə iştirak edən tələbələr və şagirdlərdə muxtəlif problemlər yaşanır, monitor işığından gözünün zəifləməsi, unsiyyət qabiliyyətinin olmaması tələbələrin psixologiyasına ciddi təsir edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə