YAP Qusar rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir. Təşkilatın fəallarının şəhid ailələri ilə növbəti görüşü rayonun Urva kəndində baş tutub. Urvalılar Vətən müharibəsində qəhrəmanlıqla şəhidlık zirvəsinə ucalmış dörd övladı ilə fəxr edir: Kürəbəyov Mayıl Kamran oğlu, Əlimuradov Cumart Şixrəhim oğlu, Ələskərov Vadim Ağababa oğlu, Arazov İkraməddin Qüdrət oğlu. Qeyd edək ki, şəhid ailələrin ziyarət olunduğu 2 aprel tarixi həm də Azərbaycan Ordusunun əsgəri Mayıl Kürəbəyovun anadan olduğunu gündür. Yaşasaydı Mayılın 20 yaşı tamam olacaqdı.
Onu da xatırladaq ki, 2-5 aprel 2016-cı il tarixlərdə baş vermiş qürur və şərəf tariximiz olan Aprel döyüşlərdən 5 il ötür. Səmimi görüşlər zamanı şəhid ailələrin qayğıları, onları narahat edən problemlər haqqında təkliflər dinlənilib və bu məsələlərin tezliklə həll ediləcəyi bildirilib. Şəhid ailələrin üzvləri göstərilən xüsüsi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Görüşdən sonra şəhidlərin məzarları ziyarət edilib və üzərilərinə gül dəstələri düzülub.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB