Deputat Kəlbəcəri niyə erməni torpağı sayır? - xəstəlikmi, xislətmi?

Deputat Kəlbəcəri niyə erməni torpağı sayır? - xəstəlikmi, xislətmi?

Ermənistanda ümummilli xəstəlik - özgəninkini özününküləşdirmək mərəzi dünənin, yaxud bu günün problemi deyil. Ermənilərlə yaxından, uzaqdan əlaqəsi olan xalqlar bu problemlə yaşamaqdadırlar. Hər kəsə, hətta ermənilərin özlərinə belə gün kimi aydındır ki, hələ Qarabağ problemi, münaqişəsi başlamamışdan əvvəl də Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda bir erməni ailəsi belə yaşamayıb. Digər rayonlarımızla müqayisədə adını çəkdiyimiz bu rayonlarda erməni millətindən olan bir populyasiyanın olmaması bəlkə də bizim ən böyük uduşumuz sayıla bilər. Nədən, çünki ermənilərin ağzına alacaq bir çarıq qədər fakt ortada yoxdur. Bəs onda ermənilər niyə sübut etməyə çalışırlar ki, Laçın, Kəlbəcər və başqa sərhədyanı rayonlar Ermənistana məxsusdur?

Savadsız erməninin səhər yuxudan durub yuxuda gördüklərini həqiqət kimi danışmasını onun sosial səviyyəsinə, erməni xislətinə, savadsızlığına yozmaq olar. Amma Ermənistan Parlamentinin "Mənim addımım" fraksiyasından olan deputatı Ovik Aqazaryanın "Kəlbəcər, (ermənilər Karvaçar deyir) əlbəttə, ermənilərə məxsusdur" deməsini heç bir çərçivəyə sığışdırmaq olmur.

Düzdür, bu deputat "Faktinfo" agentliyinə açıqlamasında Kəlbəcərin Azərbaycana məxsus olması həqiqətini gizlətməmişdi. İndi isə ictimai təzyiqlərdən yaxa qurtarmaq üçün cəfəngiyata varır, heç vaxt ermənilərə məxsus olmayanı onların adına çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə