Wikileaks terrorçulara pul buraxan ölkələrin adını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, materialda dərc olunan xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi Pakistanda mövcud olan terrorçu qruplaşmalara külli miqdarda pul ayırıb. Ayrılan vəsaitlər xeyriyyə cəmiyyətlərinin, dini qurumların əli ilə terrorçu qruplaşmalara verilib.
Sayt həmçinin iki ölkənin il ərzində Pakistanın Pəncab vilayətindəki terrorçu və ekstremist qruplaşmalara 100 mln dollardan çox vəsait ayırdığını dərc edib. Dərc olunan məlumatla bağlı rəsmi Ər-Riyad və Abu-Dabi münasibət bildirməkdən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB