Əgər ağıllı, qaydalara və tövsiyyələrə uyğun yeni texnalogiyalardan istifadə olunsa, insanlar bu sistemdən az ziyan çəkə bilər
Müasir dövrün yenilikləri, təəssüflər olsun ki, bəzən özü ilə ciddi, narahatedici problemlər də gətirir. Yəni texnologiyanın həm üstünlükləri, həm də mənfi cəhətləri var. Deyək ki, internetin sürətlə inkişafı insanların düşüncəsinə, həyat tərzinə, yaşayışına müsbət təsirlər aşılayır. Ancaq internetdən, mobil telefonlardan çox istifadə bəzən asılılıq yaradır ki, bu da ağır psixi problemlər deməkdir. Yəni əvvəllər bəzi insanlar daha çox narkotikadan və alkoqollu içkilərdən əziyyət çəkilrdilərsə, bu gün artıq o kateqoriyadan olan insanların sırasına internetdən və mobil telefonlrdan asılı olan insanlarda qoşulub.
Fakt budur ki, internetdən xoşməramlı məlumatların əldə edilməsi, mobil telefonlardan isə insanların bir-biri ilə əlaqə saxlaması üçün nəzərdə tutulur. Bir tələbə və ya tədqiqatçı alim, araşdırmaçı jurnalist Cənubi Afrikanın hansısa tayfası və ya Sakit Okeanın yeraltı dünyası ilə bağlı məlumat əldə etmək istəyirsə, bunun üçün kitabxanalrda günlərlə axtarış aparmasına ehtiyac yoxdur, sadəcə kompyuterin arxasına keçib, internet vasitəsi ilə istədiyi məlumatı əldə edə bilər. İnternet sayəsində dünyanın hər yerində yazılmış orijinal məzmunun istənilən mətnini tapmaq olar. Eləcə də, küçə də gedərkən və yaxud xarici ölkələrdən birində olarkən mobil telefon vasitəsilə yaxınlarınla əlaqə saxlaya, onlarla hal-əhval tuta bilərsən. Halbuki, yaxın keçmişdə uzaq şəhərlərdə yaşayan qohumlarla əlaqə saxlamq üçün gərəkdir ki, əvvəlcədən teleqram vurub, telefon danışığı üçün gün, saat müəyyənləşdirlməli və həmin vaxtda poçta gedib, əlaqə saxlanılmalı idi. Amma bu gün üzücü problemlər arxada qalıb.
Mobil telefonda internet işləməyəndə insanlar narahat olur
Bu gün mobil telefon vasitəsilə istənilən an, istənilən şəxslə əlaqə saxlamaq mümükündür. Lakin mobil telefon ünsiyyət kommunikasiya vasitəsi kimi çoxlarımızda asılılıq yaradır. Çox zaman mobil telefonda internet işləməyəndə insanlar narahat olur, hay-küy salıb onun-bunun arxasınca təhqiramiz ifadələr sələndirirlər. Elə gənclər var ki, bəzi kəndlərdə internet olmadığından o gözəl məkanlara getməkdən imtina edirlər. Gecə həyatı yaşayan gənclərdə az deyil. Yəni bütün gecəni internet yazışmaları, söhbətləri ilə keçirən gənclər səhər açılanda yuxuya gedib, gün batan da oyanırlar. Bir-iki tikə çörək yeyib, yenidən mobil telefonunda internetə qoşulub gecə həyatına start verirlər. Bu isə gəncliyin sağlam həyat tərzinə ciddi zərbələr vurur. Hesab etmək olar ki, bu kimi ağrılı problemləri aradan qaldırmaq mümüknsüzdür. Çünki, artıq cəmiyyətlər bu texnalogiyandan asılı vəziyyətə düşüblər. Araşdırmalar təsdiq edir ki, mobil telefonlardan nəzərdə tutulan limitdən artıq istifadə edən insanlarda baş ağrıları, yorğunluq və sinir gərginliyi halları daha çox olur. Mobil telefonlardan daha çox istifadə yaddaşa, cinsi fəaliyyətə və psixaloji durumuna mənfi təsirlər göstərir. Psixoloqların fikrincə insanlar mobil telefonlardan 3-5 dəqiqədən artıq danışmamalıdırlar, artıq danışıq insan beyninə ciddi zərər verir.
Mobil telefondan artıq danışıq xəstəliklər yaradır
Bəzən belə fikir səsləndirilir ki, problemin qarşısını maarifləndirici işlər aparmaqla almaq olar. Ancaq nəzərə alınmır ki, şəxsin istifadəsində çoxfunksiyalı mobil telefon varsa, onu internetdən istifadə etməməyi qadağan etmək mümükünsüzdür. Yalnız bir çıxış yolu ola bilər, insanlar çoxfunksiyalı mobil telefonlar istifadə etməsinlər. Bu da mümüknüdürmü? Təbii ki, xeyir, qeyr-mümükündür. Görünən odur ki, bu gün insanlar daha çox çoxfunksiyalı telefonlar işlətməyə üstünlük verirlər. Araşdırma aparsaq məlum olur ki, gənclərin böyük əksəriyyəti 1500-2000 manat dəyərində müxtəlif markalı telefonlar işlədirlər, əksəriyyəti də, kreditə alınıb. Həmin gəncə sadə telefon təklif edilsə, o bunu özünə təhqir hesab edər. Bu baxımda hazırki, mərhələdə gəncləri çoxfunksiyalı mobil telefon işlətməkdən çəkindirmək mümkünsüzdür. Bunun üçün zamana ehtiyac var. Koronavirus pandemiyasının tüğyan etdiyi hazırki, dönəmdə Ümumdünya Səhiyyə Təşkilatı həm də, mobil telefonların insan sağlamlığına vurdğu zərərin miqyasından naraatlığını ifadə edən məlumat yayıb. ÜST-ın apardığı araşdırmalardan sonra gəldiyi qənaətə görə, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı daha böyükdür. Nəticələrə görə mobil telefon aludəçiləri 50 faiz daha çox xərçəng xəstəliklərinə tutulurlar.Müasir mobil telefonlarla danışan zaman bir dəqiqə ərzində insan beyninə 217 elektromaqnit impuls ötürülür. Təbii ki, bu “zərbə”lərə hamı tab gətirə bilmir.
İnternetdən istifadə edən uşaqlar da psixaloji problemlər yaranır
Tədqiqatlar təsdiq edir ki, məktəb yaşlarında olan uşaqların mobil telefonlardan istifadə etmələri onlara olduqca mənfi təsir göstərir. Məhz bunu nəzərə alan mütəxəssislər 6-14 yaşda olan uşaqların mobil telefonlardan istifadə etməmələrini tövsiyə edirlər.İsveçdə aparılmış tədqiqatların nəticələrində aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlarda artıq 21 yaşlarında beyin şişləri, 18 yaşdan sonra mobil telefonlardan istifadə edənlərdən beş dəfə çoxdur.Tayvanlı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, 6-7 yaşında uşaqların, yəni birinci sinif şagirdlər arasında uzaq görmə qabiliyyəti zəif olanlar 21 faizdirsə, yeddinci sinif şagirdləri arasında bu 65 faiz təşkil edir. Bu isə həmin yaşda olan uşaqların mobil telefonlardan daha çox istifadə etmələrinin nəticəsidir. Bu baxımdan demək olar ki, mobil telefonla daha çox uşaqların həyatına və gələcək inkişafına daha çox mənfi təsir göstərir. Amma razılaşaq ki, bu gün elə valideynlər var ki, 2-3 yaşlı uşaqlarının mobil telefonlardan istifadə etmələrindən fəxrlə daşırlar. Hətta 2 yaşlı övladına bahalı çoxfunksiyalı telefon alan valideynlərdə var. Bunula həmin valideyn anlamır ki, artıq övladının sağlamlığına təhlükənin əsasını qoyur. Rusiya alimlərinin uzun müddət 5-12 yaşlı uşaqlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, telefon istifadə edən uşaqlar mobil telefon istifadə etməyən yaşıdları ilə müqayisədə daha çox diqqət və yaddaş pozğunluğu, huşunuitirmə kimi hallarla qarşılaşırlar. ABŞ-da 1990-cı illərin sonunda doğulmuş 13 min uşaq üzərində araşdırma aparılıb. Müəyyən olunub ki, hamilə ikən gündə 2-3 dəfə mobil telefon istifadə edən anaların uşaqlarında davranış pozğunluğu 54 faiz yüksək olur. Uşağa 7 yaşından əvvəl mobil telefon verilirsə, onda davranış pozğunluğu 80 faiz daha çox yaranır.
Bir sözlə, dünya dəyişir. İnsanların həyat və yaşayışına təsir edən yeni texnalogiyalar yaranır. Yuxarıda qeyd etdiyim kimi yenilik özü ilə ciddi problemlər də gətirir. Əgər ağıllı, qaydalara və tövsiyyələrə uyğun yeni texnalogiyalardan istifadə olunsa, insanlar bu sistemdən az ziyan çəkə bilər. Əks halda yeni texnagiyalar ağır fəalakətlər yarada bilər
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB