Əhmədinejad ABŞ-ı milyonlarla insanın qətlində ittiham edib

Əhmədinejad ABŞ-ı milyonlarla insanın qətlində ittiham edib
İran prezidenti Mahmud Əhmədinejad Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin nümayəndələri ilə görüşüb. SİA-nın "İRNA" agentliyinə istinadən verdiyi xəbərə görə, təşkilata üzv ölkələrin anti-korrupsiya qurumlarının rəhbərləri ilə görüşündə Əhmədinejad anti-korrupsiyadan danışıb. O, ABŞ və Qərbi korrupsiyada ittiham edib: "Dünyanı idarə etməyə çalışan ABŞ-ın keçmiş prezidenti İraq və Əfqanıstana qarşı müharibə edib, 1 milyona yaxın adamı öldürüb, bu müharibələr isə adıçəkilən iki ölkədə geriləmə və kasıblığa təkan verib


İran prezidenti həmçinin bildirib ki, dünyada dominant olan korrupisoner liderlər və ədalətsiz sistemlər korrupsiyanın yayılmasının əsas amilidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB