Bir çox insan həyatının müəyyən dövründə gecə yata bilməmək kimi problemlə qarşılaşır. Bu vəziyyət gündəlik həyatda yaşadığı stres, fiziki narahatlıq və ya heç bir səbəb olmadan yaşana bilər. Əgər, yata bilməmək problemi uzun müddətdirsə, gündəlik depresif əhval-ruhiyyəyə səbəb olur. Həmçinin, yuxuya getməmək, diabet, piylənmə və ürək böhranı riskinin artması da daxil olmaqla uzun müddətli sağlamlığa zərər verir. SİA bütün bu məsələləri araşdırıb.
Normal yuxu nə qədər olmalıdır?
Hamımızın yuxu vaxtı eyni deyil. Araşdırmalara görə, cəmiyyətin yüzdə beşi 4-5 saat, digər beş faizi 9-10 saat, yüzdə doğsanı 7-8 saat yuxuya ehtiyac duyur. Buna görə çoxumuz üçün tələb olunan yuxu müddətinin 7-8 saat olduğu söylənilir. Yuxuya ehtiyacınızı hesablamağın ən yaxşı yolu bədəninizi dinləməkdir.
Yatmamağın səbəbləri
Gecə yatmaq bəzən yaxın birinin itkisi, ayrılıq və ya iş kimi narahatedici bir hadisə ilə əlaqələndirilir. Yataq otağına daxil olduqda, bu insanlar yata bilməyəcəkləri üçün narahat olmağa başlayırlar ki, bu da onları daha da stresə salır. Nəticədə, yata bilmirlər.
Yuxusuzluğun psixoloji problemləri
Yuxusuzluğa yalnız psixoloji problemlər səbəb olmur. Yuxu problemi yaşamağımız zehni xəstə olduğumuz mənası daşımır. Yuxu problemi olan şəxslərin yüzdə qırxının psixoloji narahatlıq yaşadığı məlumdur. Bu problemlər bir çox psixoloji xəstəliklərin ümumi simptomlarıdır. Məsələn, gecə yata bilməmək ümumi depressiya əlamətlərindən biridir. Bu insanların yüzdə 15-20-nin böyük depressiya yaşadığı müşahidə edilib. "Anksiyete" problemi olan insanlar mənfi düşüncələrin öhdəsindən gəlməkdə çətinlik çəkdikləri üçün, gecə yata bilmirlər. Digər tərəfdən, gecə yata bilməməyiniz travma sonrası stres pozqunluğu və maddə asılılığına səbəb olur.
Həmçinin, yuxusuzluğu olan insanlar yuxuya getməyə çox vaxt sərf edirlər, yuxuya getməyi bacarsalar da, gecə saatlarında yenidən oyanırlar. Nəticədə, səhər oyana bilmirlər. Xroniki yuxusuzluq varsa, "polisomnoqrafiya" testi ilə yuxuda olarkən beyin aktivliyiniz, göz hərəkətləriniz, ürək dərəcəsi və qan təzyiqiniz təyin oluna bilər. Beləliklə, qanınızdakı oksigen və burnunuzdan daxil olan hava miqdarı hesablanır. Bundan əlavə, xoruldama və sinə hərəkətləriniz də qeyd olunur.
Qısa müddətli yuxusuzluqdan əziyyət çəkirsinizsə həyat şərtlərinizi dəyişdirməlisiniz. Qəhvə, siqaret, alkoqol istifadəsini azaltmalı və mümkünsə dayandırmalısınız. Yuxunuzu poza biləcək dərmanları təyin edib tənzimləyə bilərsiniz. Mütəmadi olaraq idman etməlisiniz. Hər gün eyni vaxtda yatmaq və oyanmaq yuxusuzluğunuzu yaxşılaşdırmağa kömək edəcək.
Əlavə olaraq, otağınızın mümkün qədər qaranlıq olmasına diqqət yetirin. Otağınızda elektron cihazlardan istifadə etməyin. Otaq temperaturunu nə isti, nə də soyuq edin.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu məsələyə belə münasibət bildirib: "İnsanlarda, xüsusilə də gənclərdə olan yuxusuzluğun səbəbləri onların öz həyatını istədikləri kimi qurmaq istəmələri düşüncəsidir. İnsanı yatmağa qoymayan fikirdir. Beyini söndürmək, düşüncələri dayandırmaq olmur".
Sədr onu da qeyd edib ki, xüsusilə pandemiya dövründə universitet və məktəblərin qapanması gənclərdə daha çox yuxusuzluğa səbəb olub: "Yuxusuzluq intihara və bir sıra təhlükəli xəstəliklərə yol açır. İnsan beyni dincəlmədikdə düzgün qərar verə bilmir. Sosioloq və psixoloqlar həyəcan siqnalı verməlidir".
"Əvəllər bir problem olanda bir yerdə həll edilərdi. İndi isə hamı oturub kompyuter arxasında, bütün günü sosial şəbəkələrdə boş vaxt itirir. Cəmiyyət lazımsız informasiya bolluğunun içinə düşüb. Zərərli informasiyalar gənclərin beyninə hücum edib".
Psixoloq Aytən Ələkbərova da məsələyə fikir bildirib: "Yuxusuzluq 2 qrupa bölünür. Birincisi, 50 yaşa qədər olan, ikincisi isə 50 yaşdan sonrakı yuxusuzluq. Gənclərdə olan yuxusuzluğun başlıca səbəbi metobolizmanın ifrazından asılıdır. Bu proses yeniyetmələrin yuxu rejiminə 2 saatlıq təsir edir. Lakin hal-hazırdakı yuxusuzluq, demək olar ki, bütün yaş kateqoriyasının cənginə alıb. Mobil telefonlardan və sosial şəbəkələrdən istifadə günümüzdəki yuxusuzluğun başlıca səbəbidir. İnsanın ən yaxşı yuxu sistemi axşam saat 11-1 aralığındadır. Bu el arasında "gözəllik yuxusu" adlanır. Bu hal xoşbəxtlik verir və xoşbəxt olarkən insana gözəllik gəlir. Yuxudan əziyyət çəkən insanlarda hədsiz aqressiya olur. Orqanizmin immunitetini qaldıran ən gözəl vasitə yuxudur".
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB