Bundan sonra da Azərbaycanın yanındayıq - Mevlit Yurtsevən

Bundan sonra da Azərbaycanın yanındayıq - Mevlit Yurtsevən

Bu gün Türkiyədən gələn AID Beynəlxalq Həkimlər Dərnəyinin sədri Mevlit Yurtsevən və həkim, professor Yaşar Tatar və ANAMA Operativ Qərargahın rəisi İdris İsmayılov müharibə zamanı bədənlərinin hər hansı bir üzvünü itirmiş qazilərin Türkiyəyə aparılaraq protezlərin hazırlanması və təslim edilməsi ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən AID Beynəlxalq Həkimlər Dərnəyinin sədri Mevlit Yurtsevən bildirib ki, bu gün 12 nəfərlə bu proyektə başlamışıq. Bu 12 nəfərin bütün tələblərinə, protezlərlə bağlı bütün ehtiyaclarını biz qarşılayacağıq. Bundan sonra da Azərbaycanın hər hansı tələbi olarsa, Azərbaycanın yanında olduğumuzu bildiririk.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə