"Bu insanları futbol oynayarkən belə görəcəksiniz" - Professordan AÇIQLAMA
Bu gün Türkiyədən gələn AID Beynəlxalq Həkimlər Dərnəyinin sədri Mevlit Yurtsevən və həkim, professor Yaşar Tatar və ANAMA Operativ Qərargahın rəisi İdris İsmayılov müharibə zamanı bədənlərinin hər hansı bir üzvünü itirmiş qazilərin Türkiyəyə aparılaraq protezlərin hazırlanması və təslim edilməsi ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən həkim, professor Yaşar Tatar qeyd edib ki, Azərbaycan xalqına, qardaşlığımıza dəstək üçün bu proyektlə gəlmişik.
"Bu protezlər gazilərin həyat şərtlərinin yaxşılaşdırılması üçün önəmli rol oynayacaq. İlk olaraq 12 nəfərə 15 protez taxılacaq. Taxılacaq peotezlərdə ən yüksək səviyyəli protezlərdən istifadə edəcəyik. Asanlıqla istifadə edə biləcəkləri sistemlər olacaq. Bu insanları könül rahatlığı ilə futbol oynayarkən belə görəcəksiniz. Ümid edirik ki, bu qardaşlarımız Azərbaycana dönərkən həyat şərtləri indikindən daha üstün olacaq", deyə Y.Tatar bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB