"Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir". Bu, hər siqaret qutusunun üzərində qeyd edilsə də, siqaret çəkən insanların sayı durmadan artır. Siqaret çəkənlər bunu müxtəlif səbəblərlə izah etsələr də, mütəxəssislər aludəçiliyin insanın iradəsinə bağlı olduğunu iddia edirlər.
Siqaret dünyanın ən çox görülən zəhərlənmə hadisəsidir. Bir siqaret hər dəfə yandırıldıqda, tüstüsündən təxminən 4000 kimyəvi maddə çıxır. Bu maddələrin onda biri (400-ə yaxın) birbaşa kanserogendir. İnsanları aludə edən isə tütünün içindəki nikotin maddəsidir. Asılılıqdan əlavə nikotin, siqaret səbəbiylə ürək-damar və serebrovasküler xəstəliklər yaradır ki , bu səbəbdən ölənlərin sayı artır. İnsanların siqaret çəkmə vərdişinin əsas səbəbi budur ki, nikotin çox güclü bir psixostimulyantdır. Bağımlılığı eroin, kokain kimidir. Sadəcə bir dəfəlik siqaret çəkən hər 3 nəfərdən biri yenidən siqaret çəkərək aludə olur. Təəssüf ki, ölkəmizdə, xüsusən gənclər arasında qəlyan,tütün istifadəsi artmaqdadır. Qəlyanın verdiyi zərər 50 siqaret tərkibi qədər zərərlidir.
Siqaret Xərçəng riskini artırır. Siqaret kişilərdəki bütün xərçəng ölümlərinin 35% -dən, qadınlardakı bütün xərçəng ölümlərindən% 15-dən məsuldur. Siqaret çəkməyən, lakin uzun müddət passiv siqaret dediyimiz tüstüyə məruz qalan insanlar da ağciyər xərçəngi riski 3 dəfə artır..jpg)
Tütün asılılığından qurtulmağın tibbi üsulları
İnsanlar tütün, nikotin asılılığından qurtulmaq üçün mübarizə aparırlarsa, effektivliyi sübut edilən tibbi metodlara müraciət edə bilərlər. Bunun üçün istifadə edilən metodlar bunlardır: nikotin əvəzləyicisi aktiv maddələr olan bupropion və vareniklin dərmanları bu problemi müalicə edir. Lüksopunktur/akupunktur, allen karr metodu, lazer terapiyası, elektron siqaret, moratoterapiya (bioresonans) kimi tibbi etibarlılığı olmayan üsullar da geniş yayılıb. Lakin nikotin aludəçiləri, etibarsız üsullardan istifadə etməməli ,hekimə müraciət etməlidirlər.
Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb.
Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, vəziyyət belə davam edərsə, dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən dünyasını dəyişəcək.
Siqaret eyni zamanda bir qadın problemidir. ABŞ-da 1997-ci ildə 165 min qadın siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişib. 1987-ci ildən ağciyər xərçəngi qadınlardakı xərçəng xəstəlikləri arasında birinci sıraya yüksəlib. 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü reallaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB