Siyasi partiyaların ofislə təmin edilməsi davam etdirilir

Siyasi partiyaların ofislə təmin edilməsi davam etdirilir

Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir. SİA-nın xəbərinə görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

Bu prosesin davamı olaraq, martın 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə