Süveyş kanalında gəmilərin hərəkəti təmin edilib

Süveyş kanalında gəmilərin hərəkəti təmin edilib

Süveyş kanalında saya oturan gəminin hərəkəti təmin edilib. SİA xəbər verir ki, gəmi texniki vasitələrlə şimala doğru hərəkət etdirilir.

Xatırladaq ki, Süveyş kanalında saya oturmuş "Ever Given" konteyner gəmisi xilas edildikdən sonra yenidən yolu bağlamışdı. Gəmi şiddətli küləyin təsirindən kanalda eninə dayanmışdı. Bir müddət əvvəl Misir prezidenti Əbdül Fəttah əs-Sisi gəminin xilasetmə işinin uğurla başa çatdığını bildirmişdi.

Eyni zamanda, mütəxəssislər hazırda gəminin saya oturmadığı, sadəcə mövqeyini dəyişdiyini bildirib.

Qeyd edək ki, Tayvanın "Evergreen" şirkətinin "Ever Given" konteyner gəmisi martın 23-də saya oturmuşdu.

400 metr uzunluğunda, 224 min ton çəkisi olan gəminin saya oturması nəticəsundə 300-dən çox gəmi Süveyş kanalında qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə