Ermənistanın eks-XİN rəhbəri: “Yerevan Madrid prinsiplərindən imtina etməlidir”
Yerevanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Madrid prinsiplərindən imtina etməlidir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikri Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovhanisyan hazırda İrs Partiyasının lideri Yerevanda təşkil etdiyi " vətəndaş qurultayında " səsləndirib. O, 2009-cu ildə Sürixdə imzalanmış Ermənistan-Türkiyə protokollarından ölkəsinin imzasının ləğvinə səsləyib. Raffi Hovhannisyanın sözlərinə görə, Ermənistanda hakimiyyətin xalqa qaytarılması niyyətin həyata keçirilməsinə bütün mümkün vasitələrlə - parlament seçkilərindən tutmuş meydan etirazlarını istisna etmədən – nail olmaq lazımdır, partiya dövlət sistemi ləğv edilməlidir.
Qeyd edək ki, Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovahannisyan təsisçisi olduğu Jaranqutyun (İrs) Partiyası öz qurultayını "açıq vətəndaş qurultayı" adlı yığıncaq şəklində təşkil edib. Tədbirdə müxtəlif siyasi partiya və ictimai təşkilat nümayəndələri iştirak ediblər.
Vaxtilə ABŞ vətəndaşı olan Raffi Hovhanisyan Levon Ter-Petrosyanın prezidentliyinin ilk dövründə Ermənistanın xarici işlər naziri vəzifəsini tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB