Masallının fəal qadınlarından bir qrupu şəhid ailələrini və qaziləri ziyarət edib FOTO

Masallının fəal qadınlarından bir qrupu şəhid ailələrini və qaziləri ziyarət edib FOTO

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının üzvü olan fəal qadınlardan bir qrupu xüsusi karantin rejiminin tələblərinə riayət etməklə Novruz bayramı münasibətilə şəhid ailələrini və qaziləri ziyarət edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış əsgər Həsənov Sübhan Rauf oğlunun ailə üzvlərinə, Vətən müharibəsi iştirakçısı olan qazilər Quluzadə Adil Əmirzadə oğluna, Əzimli Əliqismət Əlimərdan oğluna, Səlimov Məhəmməd Vahid oğluna, Xəlilli Kamran Nadir oğluna baş çəkən qadınlar onların qayğıları və problemləri ilə maraqlanıblar.

Şəhid ailəsinin üzvləri və qazilər Novruz bayramı günlərində onları yad edən aksiya iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə