Neftçalada iməcilik keçirilib - FOTO

Neftçalada iməcilik keçirilib - FOTO

Bu gün Neftçala rayonunda genişmiqyaslı ümum rayon iməciliyi keçirilib. Son 1 ayda başlanan iməciliyin davamı olaraq təşkil edilən təmizlik tədbirinə Neftçalada fəaliyyət göstərən təşkilat və müəssisələrin kollektivləri çıxıblar. Onlar əsasən əhalinin sıx məskunlaşdığı yaşayış məhəllələrində, binaların ətrafında illərdən bəri yığılıb qalan məişət tullantılarının, ərazini əhatəsinə almış kol kosların təmizlənməsinə cəlb olunub.

SİA-nın Aran bürosuna məlumat verən sakinlər bildiriblər ki, M.Əsədov küçəsində yerləşən yaşayış binası 1983-cü ildə tikilib istifadəyə veriləndən ərazi cəngəlliyə çevrilib antisanitariya mənbəyi yaranıb. Bu gün isə həmin ərazilərdə təmizlik işləri görülür. Heydər Əliyev prospektində də analoji vəziyyət mövcuddur. Bu ərazidə 4 yaşayış binasının sakinlərinin içməli su ilə təminatında rol oynayan su anbarı 1993-cü ildən istifadəyə veriləndən təmizlənməmiş və lillənib.

Bu gün rayon rəhbərliyi həmin anbarın təmizlənməsi üçün tapşırıq verib və əraziyə texnikalar cəlb edilib. Sakinlər ərazilərin zibilliklərdən təmizlənməsindən razılıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə