“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası Goranboyda

“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası Goranboyda

"VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyası bu dəfə Goranboy gəncləri arasında keçirilib. SİA-nın verdiyi məlumata görə, Goranboy şəhər 2 saylı məktəbdə baş tutan kampaniyanın açılış mərasimində Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil, Gənclər və İdman idarələrinin əməkdaşları iştirak ediblər. Milli Şuranın Layihələr departamentinin rəhbəri Natiq Nəsirov, Milli Şuranın mətbuat katibi Orxan Əli kampaniyanı həyata keçiriblər. 150 məktəblinin iştirakı ilə keçirilən Kampaniyada iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri tanındı. Həm www.miras.az saytında həm də əvvəlcədən hazırlanmış puzzle formasında Azərbaycan xəritəsi gənclər tərəfindən toplanılıb.

Qeyd edək ki, rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verdiyi Kampaniyada 12 min gəncin iştirakı qarşıya məqsəd qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə