Telefon kabelindən hazırlanan boyunbağı Qiyməti dodaq uçuqlatdı

Telefon kabelindən hazırlanan boyunbağı Qiyməti dodaq uçuqlatdı

Moda dünyasında hər zaman fərqli trendlər var. SİA-nın Türkiyə mətbuatına istinadən paylaşdığı məlumata görə, bu mövsümün ən maraqlı trendi telefon kabelinə bənzəyən boyunbağılardır.

Məşhur marka demək olar ki, hər rəngdə olan boyunbağıları 15 min 860 TL-yə (3170.96 azn) sataraq sosial medianın dilinə düşüb.

Türk modelyer Sevcan Büyükturqay sezonun son trendi olan kabel boyunbağılar haqqında danışıb: "Evlərində köhnə telefonları olanlar çox şanslıdır. Kabeli ayırın və dərhal bir boyunbağı düzəldin! Moda şedevrlərinin nə edəcəkləri bizi həqiqətən təəccübləndirir".

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə