İnsan həyatının ən vacib qərarı evlilik - Yaş statistikası ARAŞDIRMA

İnsan həyatının ən vacib qərarı evlilik - Yaş statistikası ARAŞDIRMA

Evlilik insan həyatındakı ən vacib qərardır. Həyatınızı sərf etdiyiniz insanı seçmək və sonsuza qədər xoşbəxt olmaq tamamilə sizin əlinizdədir.

1. "Nə qədər gec evlənsən, o qədər uzun evli qalarsan" deyənlər var. Lakin, araşdırmalar bunun doğru olmadığını söyləyir.
2. Araşdırmalara görə boşanmaya meylli olan cütlüklər əsasən, 18-20 yaş aralığında evlənənlərdir. Çünki, bu yaşda ailə quranlar emosional yetkinliyə çatmırlar.
3. Münasibətin gedişatını qavraya bilməmək və mürəkkəb problemlərin öhdəsindən gəlməyi bacarmamaq boşanmağa sürükləyən amildir.
4. 20 yaşlarında evlənənlər üçün boşanma nisbəti 30 yaşlarında evlənənlərlə müqayisədə xeyli aşağıdır.
Araşdırmaya görə, 25 yaşında evlənən birinin boşanma ehtimalı, 20 yaşında evlənəndən 50 faiz azdır.
5. Emosional yetkinliklə yanaşı, təhsilin olmaması da boşanmanın əsas amillərindən biridir.
6. 30 yaşınıza yaxınlaşdıqda problemlərin öhdəsindən gəlmə qabiliyyətiniz artır, yetkinləşir və maddi
problemlərinizi daha rahat həll edirsiniz. Bütün bunlar xoşbəxt bir evliliyi qorumaq üçün lazımlı faktorlardır.
7. Tədqiqatçı Nicholas H. Wolfinger-in sözlərinə görə, 32 yaşından sonra boşanmaların əsas səbəbi bu yaşa qədər evlənməyi gözləyən insanların xüsusi kriteriyalarının olmasıdır: "Əslində, bu yaşa qədər evlənməyənlər evlilik haqqında düşünməyən və evlənsələr də yaxşı bir evlilik edə bilməyəcəyini iddia edən insanlardır. Bu insanların çoxu uşaq yaşlarından inadkardır. Onlar ikitərəfli münasibətlərdə çətinliklər yaşayır və nəticədə evliliyi daim təxirə salırlar. Çünki onlarla evlənməyə hazır olacaq birini tapa bilmirlər".

Evlilik yaşı bir insanın qanuni olaraq evlənməsinə icazə verilən yaşdır. Hazırda, dünya miqyasında ən çox yayılmış evlilik yaşı 18-dir. Lakin, bu, ölkədən ölkəyə fərqli ola bilər. Evlilik yaşını razılıq yaşı ilə qarışdırmaq olmaz. Bir çox ölkədə oğlan və qızın evlilik yaşı eyni olduğu halda, bəzi ölkələrdə qızların daha gənc yaşda evlənməsinə icazə verilir. Elə ölkələr var ki, ailənin razılığı olduğu təqdirdə evlilik yaşından erkən yaşda evlənməyə icazə verilir. Bəzi inkişaf etməkdə olan ölkələrdə isə nikah üçün qanuni yaş müəyyənləşdirilsə də, praktik olaraq nəzərə alınmır.

DÜNYA ÜZRƏ MİNİMUM EVLİLİK YAŞI

ABŞ-ın əksər əyalətlərində 18. Birləşmiş Krallıq - 18. Valideynlərin razılığı ilə 16. Almaniya- 18. Valideynlərin razılığı və məhkəmə qərarı varsa 16.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə