Gədəbəydə polislər sakinlərə maska paylayıb FOTO

Gədəbəydə polislər sakinlərə maska paylayıb FOTO
Gədəbəydə polislər sakinlərə maska paylayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı yerlərdə sosial məsafənin təmin olunmasına nəzarət edir. Polis əməkdaşları sakinlərə sanitar-karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara tibbi maska paylayıblar.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə