Qarabağın vuran ürəyi Şuşa əzəli Azərbaycan torpağıdır...

Qarabağın vuran ürəyi Şuşa əzəli Azərbaycan torpağıdır...

Azərbaycan xalqın tarixində mərdlik, yenilməzlik və məğrurluq simvolu kimi yaddaşlarda qalan Şuşa 28 ildən sonra şanlı ordumuz tərəfindən mənfur düşmən işğalından azad edilmişdir. Bu şəhər bizim qeyrət qalamız və şərəfli irsimizin qorunduğu vətən torpağıdır. Qədim Şuşa əsası qoyulduğundan bu günə kimi həmişə Qafqazın mədəniyyət mərkəzi və “Şərqin Parisi” hesab edilmişdir. Lakin erməni vandalları gözəl mədəni və tarixi abidələri ilə dünyada və regionda məşhur olan bu şəhəri tam baxımsız hala salmış, orda yerləşən Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının ən məşhur nümayəndələrinin abidələrini dağıdaraq öz vəhşi xislətlərini büruzə vermişdilər. İşğal dövründə Azərbaycan tarixinin izlərini Şuşada tamamilə silməyə çalışan ermənilər qeyri-insanı hərəkətləri ilə dünyanın bütün mütərəqqi ictimaiyyətinin riqqətinə səbəb olacaq məscidlərimizi, dini ibadədgahlarımızı və müqəddəs məkanlarlarımızı dağıtmışdır. Mədəniyyət ocaqlarını, tarixi-memarlıq komlekslərini, muzeyləri tanınmaz hala salmışdılar. Qarabağın ən qədim yaşayış məskənlərindən biri olan Tuğ kəndini virana çevirmişlər.

Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında Ordumuz qətiyyətli və əzmkar mübarizə apararaq Qarabağı düşmən işğalından tamamilə azad etmişdir. Azərbaycan Ermənistan tərəfindən vaxtilə işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməklə təkcə tarixi və hüquqi ədaləti bərpa etməyib, həm də bölgəyə mədəniyyəti, inkişafı və tərəqqini yenidən qaytarmağı hədəfləyib. Heydər Əliyev Fondu tərəfindən qədim Şuşamızın tarixi və mədəniyyət abidələri yenidən daha gözəl zövqlə bərpa ediləcək, bu şəhər cənnət məkana çevriləcəkdir, Şəhərin yerləşdiyi coğrafi mövqeyi və əlverişli iqlim şəraiti burada yeni turizm layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaradır. Dünyanın dörd bir yanından çoxlu sayda turistlərin diqqətini cəlb edəcək bu vətən torpağında üç dörd və beş ulduzlu otellər inşa olunacaqdır. Bununla yanaşı çoxlu sayda kiçik istirahət komleksləri də tikiləcəkdir. Bütün sosial-iqtisadi layihələr qədim mədəniyyət paytaxtının inkişafına gətirib çıxaracaq və bu şəhərin əvvəlki şöhrətini yenidən özünə qaytaracaqdır.

Erməni avantüristləri əsası Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulan qədim Şuşa şəhərini erməni şəhəri kimi dünya mediasında qələmə versələr də onların bu utopiyaları tamamilə iflasa uğramışdır. Çünki, şəhərin hər bir abidəsində, daşında-torpağında azərbaycan xalqının əl izi var. Erməni yalançı tarixçilərinin uydurma xülyaları rəşadətli Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Erməni yalanları tarixi zibilliyinə yuvarlanaraq öz layiqli yerini almışdır. Erməni vandalizmin miqyasının böyük olması ona subutdur ki, bir

millətinin mədəni və tarixi irsini yer üzündən silməyə çalışmışlar. Bütün yaşayış məskənlərimiz, şəhərlərimiz kəndlərimiz, qəsəbələrimiz tamamilə dağıdılmış, talan edilmiş, sanki yer üzündən silinərək xarabalıqlara çevrilmişdilər. Ermənilərin bu xain xislətinin layiqli cavabını verən Azərbaycan Ordusu onları iti qovan kimi qovub bizim torpaqlarımızı yağı düşməndən azad etmişdir. Azərbaycan əsgərinin Hadrut qələbəsini heç cürə həzm etmiyən ermənilər və onların xaricdəki havadarları bu zəfəri gizlətməyə çalışmışdılar. Lakin həqiqət bir günəş kimi doğur. Ermənilərin bütün yalanları məhv olduğu kimi bu yalanları da çox uzun çəkməmişdir. Azərbaycan Ordusunun nizamlı və planlı düzgün hərbi strategiyası Ermənistanı diz çökməyə, döyüş meydanında məğlub olmağa məcbur etdi. Ermənistan 44 günlük müharibədə çoxlu sayda Azərbaycan şəhərlərini ağır artreliya silahları ilə atəşə tutmuşdular. Nəticədə çox sayda mülkü əhalimiz öldürülmüş, yaralanmışdır. Bu qeyri-insani hərəkətlər Ermənistanın rəsmi dövlət siyasətinə çevrilmiş bir taktikasıdır. Bunun tam əksinə olaraq Azərbaycan Ordusu mülkü erməni əhaliyə qarşı bir güllə belə atmamışdır. Azərbaycan bu Vətən müharibəsində çox şərəflə və mətanətlə erməni işğalçılarına qarşı döyüş aparmış və müharibədə qətiyyətli şəkildə qələbə əldə edərək Ermənistanı kapituliyasiyaya məcbur etmişdir. Kitabi Dədə-Qorqud dastanında deyildiyi kimi bundan sonra dədə-baba torpaqlarımızda tonqallarımız yanacaq, məscidlərimizdə müqəddəs Qurani_Kərimdən ayələr oxunacaq və Qarabağ torpağı əzan səsi ilə çox gözəl və rifahlı sabahlara çıxacaqdır. Allah Ali Baş Komandanımızı və Ordumuzu hifz etsin!

Anar Babayev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə