Nəsli tükəndiyi bilinən möcüzəvi heyvanlar ARAŞDIRMA

Dünyada bir çox canlı yaşayır. Ekoloji səbəblər və insanların təsiri nəticəsində bəzi canlıların nəsli tükənir.

Təcili tədbirlər görülməsə, əvvəllər olduğu kimi bir çox canlıların yox olmasının qarşısı alına bilməyəcək və bizdən sonra gələcək nəsillər bu canlıları yalnız, şəkillərdə görəcəklər.

Ümumilikdə isə bəzi heyvanların nəsli bu amillərə görə tükənir:
* Saxta inanclara riayət edən insanlar tərəfindən heyvanların məhv edilməsi;
* İnsanlara zərər verdiyi üçün öldürülməsi;
* İnsanların ovdan ləzzət alması;
* İnsanların heyvanları aksesuar kimi istifadə etməsi;
* Mədəniyyət adı altında oyun və əyləncə üçün heyvanların qətl edilməsi;
* Müharibələr nəticəsində heyvanların ölməsi;
* Hava, torpaq və suyun çirklənməsi;
* Təbii fəlakətlər;
* Elmi təcrübələr nəticəsində heyvanlara zərər verilməsi;
* Meşələrin qırılması, səhralaşma və quraqlıq.

QIZIL BAŞLI LANGUR
Vətəni Vyetnam olan bu heyvanlar 10 ildən çoxdur ki, mühafizə altındadır. Onlar çoxala bilmir və hazırda sayı 70-dən azdır.

CROSS RİVER GORİLLA
Vətəni Kamerun və Nigeriya olan bu qorilla növünün əti dadlı olduğu üçün, insanlar tərəfindən ovlanır. Sayı 1500-ə yaxın olan Cross River qorilla, 80-ci illərdən bəri qorunur.

MEKONG YAYIN BALIĞI
Cənub-Şərqi Asiyanın Mekong bölgəsində yaşayan bu balıq növü, brakonyerlik(qeyri-qanuni ovlanma) səbəbiylə təhlükə altındadır. Bu gün onların sayı bir neçə yüzə bərabərdir.

JAVAN KƏRGƏDANI
İndoneziya və Vyetnam meşələrində yaşayan bu kərgədan növünün buynuzları dəyərli olduğundan brakonyerlər tərəfindən ovlanır. Meşə sahələrinin, yəni təbii yaşayış yerlərinin talan edilməsi də nəslin yox olma təhlükəsinin amilidir. Bu gün bu heyvandan 60 ədəd belə yoxdur.

QÜTB AYISI

Qütb bölgəsinin bu əfsanəvi varlığı brakonyerlik (icazəsiz ovlama) və qütb buzlaqlarının əriməsi ilə təhlükə altındadır. Gündən-günə azalan Qütb ayılarının sayının 25 min civarında olduğu deyilir.

PİGME BORNEO FİLİ
Vətəni Şimali Borneo olan bu fil növü Asiya filləri ilə müqayisədə 50 sm olub və daha qısadır. Xurma əkilməsi səbəbindən yaşayış yerləri günbəgün azalan Borne fillərinin sayı 1500 civarındadır.

QARA AYAQLI DAĞ ÇƏYİRTKƏSİ
Vətəni Şimali Amerikadır. Onların sayı təxminən 1000 ədəddir. 80-ci illərdə demək olar ki, nəsli kəsilməkdə olan bu heyvanların sayı mühafizə altına alındıqdan sonra 1000 olub.

SUMATRAN PƏLƏNGİ
Təbii yaşayış sahəsi İndoneziyanın Sumatra adası olan bu pələng növü, adada yaşadığı üçün insanlardan qoruna bilmir. Sayı 100-ə yaxın olan bu heyvanlar qorunan növlər arasındadır.

VAQUİTA-MEKSİKA YUNUSU
Təbii yaşayış sahəsi Kaliforniya Körfəzi olan bu məməli daim balıqçıların torlarında tutulur və azalır. Onların sayının 200-300 civarında olduğu təxmin edilir.

Ayşən Sadıxzadə,

Bakı Dövlət Universiteti 3-cu kurs tələbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə