Azərbaycanda son sutkada koronavirusdan 20 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirusdan 20 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 249 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 nəfər vəfat edib, aktiv xəstə sayı 12 254-dür. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 121, bu günə qədər isə ümumilikdə 2 799 101 test icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə