Tüfənglə havaya atəş açan şəxs tutulub

Tüfənglə havaya atəş açan şəxs tutulub

Sabirabad rayonunda xuliqanlıq hadisəsi olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 22-də rayonun Sarxanbəyli kəndi ərazisində kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə