Bəzi insanların soyuğa qarşı dözümlülüyü hamını təəccübləndirir. Əksinə, soyuq suda üzən və ya soyuqda gəzməyi sevən insanlar haqqında da tez-tez eşidirik. SİA-nın Türkiyə mətbuatına istinadən paylaşdığı məlumata əsasən, bir çoxları bunun faydalı olduğunu söyləyir. Yəni, soyuq hava həqiqətən faydalıdır? Niyə bəzi insanlar soyuğa qarşı daha dözümlüdür? Bütün bu sualların cavabını aydınlaşdırmaq üçün bir sıra araşdırmalar aparılıb.
Soyuğa qarşı olan dözümlülük insanlarda fərqli təzahür edir. Bəzi peşəkar idmançılar idmandan sonra buz vannası qəbul etməyi seçirlər. Qışda idman etmək bədəni canlaşdırsa da, bəziləri üçün bu olduqca çətindir. Hətta bəzi insanlar var ki, isti havada belə üşüyür.
BBC-nin xəbərlərinə görə, soyuq suda üzməyin zehni sağlamlığa faydası var. Lakin, bu barədə daha çox məlumat yoxdur. Günümüzdə soyuq suda üzmək populyarlıq qazanıb. Bu hava nəticəyə də təsir göstərir.
Soyuğa qarşı dözümlülük dərialtı yağ qatının qalınlığından, bədən ölçüsündən və genetikadan asılıdır. Bəzi fərziyyələrə görə, bədənimiz soyuduqda, əzələ hüceyrələrinin enerjisi də azalır.
Soyuqda idman etmək ürək sağlamlığını yaxşılaşdırır, immuniteti gücləndirir və ağ yağ hüceyrələrini qəhvəyi yağ hüceyrələrinə çevirərək insanı arıqladır. Beləliklə, soyuq havada idman təhlükəsiz və faydalıdır.
Əzələlərimizin liflərindəki alfa-aktin-3 zülalına "sürət geni" də deyilir və əzələlərin daha qısa müddətdə istirahət etməsini təmin edir. Lakin, bu zülal çox insanda yoxdur.
Yoga və ya meditasiya zamanı bütün əzələlər rahat olarsa, şüurdan kənar neçə əzələnin aktivləşdiyini anlaya bilərik. Bu əzələlərdə olan anormal bir "gərginlik" deyil. Bu bədənin normal funksiyası olan, tibbdə "tonus" olaraq bilinən əzələlərin gərilməsidir.
Mütəxəssislər, idmançı bədənində güc tələb edən əzələlərin yüzdə 80 faizinin sürətli əzələ liflərindən, yüksək güc tələb edən idmançıların əzələlərinin zəif əzələ liflərindən ibarət olduğunu söyləyirlər.
Birincisi qısa müddətdə daha çox güc sərf edib tez yorulduğu halda, ikincisi yorğunluğa daha dözümlüdür və az enerji ilə uzun müddət qənaət edir.
ƏZƏLƏ LİFLƏRİ NECƏ TƏYİN OLUNUR?
Yüzdə 80-20 faiz əzələ tərkibli idmançılar olduqca şanslıdır. Çox insan üçün bu nisbət 50-50 civarındadır və bu doğuşdan müəyyən edilir.
Əzələ liflərinin növlərini təyin edən sinir sistemidir. Bu səbəbdən idmanla dəyişiklik etmək mümkün deyil.
Bunu daha yaxşı başa düşmək üçün, toyuğu nümunə göstərə bilərik. Toyuq ayağındakı zəif əzələ lifləri daha sıx olduğundan mioglobin zülalı daha tünd rənglidir. Mioglobin oksigenlə birləşən və tənəffüs yolu ilə əzələlərə daşınan dəmir tərkibinə görə qəhvəyi bir rəng verən proteindir. "Beefsteak" kəsdiyiniz zaman axan qırmızı maye qan deyil, mioglobindir. Toyuğun sinəsi isə sürətli əzələ liflərindən ibarətdir. Həmçinin, ağ rəngdə olduğu üçün daha az mioglobin daşıyır. Lakin, insanlarda bu fərq daha azdır. Çünki, bütün əzələlərimiz bu iki lif tipinin fərqli nisbətlərdə birləşməsindən ibarətdir.
BƏDƏNİ İSİTMƏYİN YOLLARI
Bu liflər bədənin isinməsində mühüm rol oynayır. Soyuqda titrəmənin səbəbi sürətli əzələ liflərinin yığılmasıdır. Bu, enerji tələb edən bir hərəkətdir və bədənin daim isti olmasına kömək edir. Bədəni istiləşdirməyin ən təsirli yollarından biri də əzələlərin büzülməsidir. İdman zamanı kalorilərin yüzdə 70-80 faizi istilik hesabına əriyir. Zəif əzələ lifləri isə daha az gərgin olsa da, daim işlək vəziyyətdədir və bədəndə effektiv istilik yaradır.
Dünya əhalisinin təxminən 1,5 milyardında alfa-aktinin-3 zülalı yoxdur. Onlar sürətli əzələ liflərinə sahib olsalar da, əzələləri ümumiyyətlə, zəif liflərlə cəmlənib. Buna görə güc və yüksək enerji tələb edən idmanlarda deyil, dözümlülük və daha səmərəli enerji istifadəsi tələb edən idman növlərində uğur qazanılır.
Alfa-aktinin-3 zülalının genindəki mutasiya səbəbi ilə 50 min il əvvəl Afrikadan Avropaya köç edən babalarımızda bu protein yox olub.
Alfa-aktin-3 zülalı olmayan insanlar bədənin istiliyini və enerjisini qorumaqla yanaşı, soyuq iqlimə də daha çox davamlıdırlar. İsti iqlimdə yaşayanlarda isə bu əksinə olur. Keniya və Nigeriyada yüzdə 1, Efiopiyada yüzdə 11, Asiyada yüzdə 25 faizdir.
BƏDƏNDƏKİ YAĞ NİSBƏTİ VACİBDİRMİ?
Soyuğa qarşı dözümlülük baxımından digər əhəmiyyətli bir genetik amil bədəndəki yağ nisbətidir. Bədənimizdə iki növ əzələ lifi olduğu kimi, iki cür yağ da var: ağ yağ və qəhvəyi yağ. Qəhvəyi yağ zəif əzələ lifləri kimi, bədəni silkələməyə ehtiyac olmadan istiləşdirir və soyuğa məruz qaldığımız zaman işə başlayır.
GENETİK FAKTORLAR DA VACİBDİR
Pitsburq Universitetindən olan Courtenay Dunn-Lewis məsələyə müsanibət bildirib: "Soyuq hava bədəndəki qəhvəyi yağı yandırmağa maneə olsa da, idmana mənfi təsir göstərsə də, məşqdən əvvəl bədəni yaxşı isidir. Yəni, soyuq hava idman etməyimizə əngəl olmamalıdır. Əslində, soyuq mövsüm ən yaxşı marafon dövrüdür. Çünki, soyuq sayəsində idman zamanı yaranan istilik bədənə daha yaxşı yayılır".
Levis onu da qeyd edib ki, idmançıların hamısı soyuqda yaxşı nəticə göstərmir: "Onların yüzdə 35 faizi soyuq havanın təsiri ilə astma ola bilər. Soyuq havalarda su buxarı havada dondurulduğundan daha az nəm olur və quru hava ağciyərlərdə iltihab,bronxların tıxanması kimi xəstəliklərə gətirib çıxarır. Bir sözlə, bəzi insanların soyuğa qarşı daha davamlı olmasının genetik səbəbləri var".
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB