"Prezidentin işğaldan azad olunmuş ərazilərə tarixi səfərləri" MƏQALƏ

"Prezidentin işğaldan azad olunmuş ərazilərə tarixi səfərləri" MƏQALƏ

27 sentyabr 2020-ci ildə başlayan Il Qarabağ müharibəsi ölkəmiz üçün böyük zəfərlə nəticələndi. Buna baxmayaraq nəinki işğal altında olan ərazilar, hətta müharibə zonası olmayan ərazilərimizdə bu müharibədə erməni vandalizminin qurbanı oldu. Müharibə bitdikdən sonra, bir sıra yolların çəkilməsinə, qalaların, abidələrin bərpasına başlanıldı. Bu məqsədlə Cənab Prezidentimiz İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizə səfər etmişdir. Bu səfərlər böyük qayıdışın başlanğıcı idi.

Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın, Cəbrayıl, Şuşa və Qubadlı rayonlarına tarixi səfər etmişdir. Bu səfərlər zamanı həmin ərazilardə dağıdılan, zərər görən abidələrimizi, qalalarımızı bərpa etdirilməsi üçün tapşırıqlar verilib. Belə səfərlərdən biri 15 martda Füzuli və Xocavəndə olub. Daha bir zəfər, daha bir zəfər, daha bir qələbə! Daha bir tarix, daha bir dərs! Bu heçdə adi bir səfər deyil, bu səfər qalibiyyətin, əzmin, cəsarətin təntənəsi və təcəssümü idi.

Səfərdə olarkan Ali Baş Komandan bu sözləri söyləmişdir: "Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən, bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir, amma buna nail ola bilmədilər. Biz bu torpaqlara qayıtmışıq qəhraman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq, düşməni öz doğma torpaqlarımızdan qovmuşuq!" "Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən daşı-daş üstünə qoymayıb. Görün yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırlar, dırnaqarası "Artsax dövləti", həmin dövlət cəhənnəmə getdi. "Dövlət" idisə, bəs, niyə daş üstündə daş saxlamayıblar? Çünki bilirdilər ki bu torpaq onların deyil. Bu torpaq Azərbaycanlıların torpağıdır!".

15 mart səfərində bir sıra açılışlar və təlimatlarla yadda qaldı. Cənab Prezident Füzuli-Hadrut avtomobil yolunun təməl qoyma mərasimində iştirak etdi. Bu yol başlanğıcını zəfər yolundan götürür, qalib xalqın, qalib ordunun, qalib başçısı! Hadrut qəsəbəsində bir daha enməyəcək bayrağımızı qaldırdı. Həmçinin Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu. Səfər zamanı həmçinin Qalib sərkərdə Tuğ kəndində də olmuşdur. Bu zaman ölkə başçısı kəndin ermənilər tərəfindən dağıdılan tarixi məktəb binasına da baş çəkib. Əsası 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri – Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllim kimi fəaliyyət göstəriblər.

Biz Azərbaycanlılar Ali Baş komandanın rəhbərliyi altında öz dədə-baba torpaqlarımıza qayıdacağıq. Həmin torpaqlarda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq. Həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın büyüklüyünü göstərəcəyik.

Babayev Təbriz Etiqad oğlu

Bakı şəhəri, 326 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə