Ermənistana məxsus olan “TV ARM RU” rusdilli kanalını Azərbaycanlı iş adamı alıb

Ermənistana məxsus olan “TV ARM RU” rusdilli kanalını Azərbaycanlı iş adamı alıb

Rusiyada fəaliyyət göstərən və Ermənistana məxsus olan "TV ARM RU" rusdilli kanalını bütün səhmlərini əslən azərbaycanlı olan iş adamı tərəfindən alınıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qeyri-rəsmi məlumatlara əsasən həmyerlimiz kanalı almaq üçün nə az, nə çox düz 7 milyon dollar pul verib. Etibarlı mənbədən verilən xəbərə görə, artıq Mediaholdinqdə işləyən bir sıra erməniəsilli Rusiya vətəndaşları vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, ilk erməni-rus kanalı olan "TV ARM RU" artıq Rusiya teleməkanında üç ilə yaxındır fəaliyyət göstərir. Eyni zamanda kanal üç sputnik vasitəsi ilə bütün Rusiya, Avropa, MDB ölkələrində yayımlanır

Bütün xəbərlər Facebook səhifəmizdə