Quba-Xınalıq yolu qardan təmizlənir

Quba-Xınalıq yolu qardan təmizlənir

Quba-Xınalıq yolu qardan təmizlənir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA verilən məlumata görə, şimal bölgəsinə yağan qar Quba-Xınalıq yolunda da müşahidə olunur.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən yola xüsusi texnikalar cəlb olunub. Nəqliyyat vasitələrinin rahat gediş-gəlişi üçün yol qardan təmizlənir.

Bütün xəbərlər Facebook səhifəmizdə