Kişi geyimində ən son trendlər

Kişi geyimində  ən son trendlər

Kişi geyim modasında, bu il jilet trendlər arasındadır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xüsusilə, yaza keçid dövründə çox populyar olan jiletlə hər tərzə uyğunlaşmaq olur.

Moda mövzusunda ağla gələn ilk qadın olsa da, əslində, kişi geyimlərindəki son trendlər də böyük maraq doğurur. Məlumata görə, ən populyar markalar yeni sezon modellərini kişi geyimləri ilə nümayiş etdirib.

JİLET VƏ SVİTERLƏR QARDEROBUNUZUN ƏN QURTARICI GEYİMİDİR
Jilet və sviterlər daha çox yaz fəslində seçilir. Rəngli jiletinizlə qara olan hər geyimi kombinasiya edib, cəlbedici sport görünüşə sahib ola bilərsiniz. Kişilər rahat olduğu üçün bu jiletlərdən əsasən də səhər qaçış idmanı zamanı istifadə edir. Həm papaqlı, həm də papaqsız sviterlərlə stilinizə stil qatacaqsınız.

Qara, ağ və boz kimi ən çox üstünlük verilən rənglərə əlavə olaraq narıncı, qırmızı, sarı, mavi və yaşıl kimi tərzinizə uyğun olanı seçə bilərsiniz.
Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə