Zorakılığa məruz qalan kiçik qızın görüntüləri sosial mediada gündəmə gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, adının Əziz Çoban olduğu iddia edilən şəxs kiçik qızı döyərkən görüntülərini "Tiktok" hesabında paylaşıb. Aldığı zərbələrdən sonra göz yaşlarını tuta bilməyən balaca qızın acınacaqlı vəziyyəti ürək dağlayıb. Onun daha çox "like" almaq üçün qızı döydüyü məlum olub və insanlar tərəfindən qınanılıb.
Sosial mediada paylaşılan görüntülər nəticəsində böyük qalmaqal yaranıb. Tiktok hesabından dəhşətli görüntüləri paylaşan adam hamı tərəfindən sərt şəkildə qınanılıb.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB