İctimai nəqliyyatdan istifadə edənlərin sayı artıb

İctimai nəqliyyatdan istifadə edənlərin sayı artıb

"2016-cu ildə ictimai nəqliyyatdan 701 milyon sərnişin istifadə etmişdisə, 2019-cu ildə bu rəqəm 801 milyona qalxıb". SİA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

BNA sədri bildirib ki, bu, avtobusların dəyişməsi, nəqliyyat infrastrukturuna dövlət tərəfindən qoyulan investisiyalar nəticəsində mümkün olub: "Bütün bunlar əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırır. Son 5 ildə Bakı şəhərində yol infrastrukturunda böyük dəyişikliklər olub".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə