“Hazırda 715 avtobus sıxılmış qazla işləyir” BNA-nın sədri

“Hazırda 715 avtobus sıxılmış qazla işləyir” BNA-nın sədri

"Son 5 ildə Bakı şəhərinə 715 ədəd sıxılmış təbii qazla işləyən avtobus gətirilib". SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Bakı şəhərinə 2022-ci ildən dizellə işləyən ictimai nəqliyyat vasitələri gətirilməyəcək.

"2022-ci ildən etibarən Bakı şəhərində istifadə olunacaq ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların dizel və yaxud benzinlə deyil, məhz sıxılmış təbii qaz və ya alternativ enerji mənbələrindən təmin olunması qanunvericilikdə qeyd edilib. Hazırda 2100 avtobusdan 715-i sıxılmış qazla işləyir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə