Sony-dən yeni elastik displey

Bu günlərdə Los-Anceles (ABŞ) şəhərində keçirilən SID 2011 sərgisində Sony şirkəti elektron kağız texnologiyası ilə hazırlanmış 13,3 düymlü rəngli elastik displeyin işlək nümunəsini təqdim edib. SİA xəbər verir ki, qurğu bir düym üzrə 800x1200 piksel təsvir ölçüsü, 10 faizlik inikas əmsalı və 100 000:1-dən artıq kontrastlıq nisbətinə malikdir.

Bir elastik vərəqin qalınlığı 150 mikrometr, çəkisi isə 20 qrama yaxındır.

Yeni displeylə təchiz olunmuş qurğuların hazırlanmasına dair hələ dəqiq məlumat yoxdur, lakin ekspertlər Sony tərəfindən nümayiş etdirilmiş işləmənin keyfiyyətini yüksək qiymətləndiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə