Yaponiyanın Toshiba şirkəti 2,3 milyard ABŞ dollarına Landis+Gyr özəl İsveçrə şirkətini satın ala bilib. SİA-nın məlumatına görə, Toshiba ilə birləşdikdən sonra Landis+Gyr Yaponiya şirkətinin müstəqil bölməsi kimi fəaliyyət göstərəcək və dünya üzrə "ağıllı" texnologiyalar sahəsində təkliflər spektrinin genişləndirilməsi və inkişafı ilə məşğul olacaq. Bu cür texnologiyalara "ağıllı ev" (smart home), "ağıllı enerji sistemi" (smart grid) və "ağıllı cəmiyyət" (smart community) kimi anlayışlar daxildir.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Landis+Gyr enerji şəbəkələri üçün dünyanın ən iri elektron-hesablama avadanlıqları istehsalçısıdır. Şirkət E.ON, British Gas və PG&E kimi nəhənglər üçün hesablama avadanlıqlarının təchizatçısıdır. 2010-cu ildə onun mənfəəti 1,5 milyard ABŞ dolları təşkil etmişdir. Beş kontinentdə 30-dan çox ölkədə fəaliyyət göstərən Landis+Gyr şirkətinin 5000 əməkdaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB