NRYTN “WhatsApp”-ın fəaliyyətində yaranan problemə aydınlıq gətirib
Bu gün saat 21.00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.
SİA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) istinadən bildirir ki, yaranan problem lokal deyil, qlobal xarakter daşıyır.
Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22.00 radələrindən etibarən problem aradan qalxıb.
Qeyd edək ki, bu gün axşam saatlarında Azərbaycanda və dünyanın bir çox ölkələrində "Whatsapp"la yanaşı, "İnstagram" və "Teleqram" social şəbəkələrinin istifadəsində də problem yaranmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB