"Biz tarixi ədaləti bərpa etdik" MƏQALƏ

"Biz tarixi ədaləti bərpa etdik" MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 15 mart tarixindəki Füzuli və Xocavənd rayonlarına səfəri hər bir Azərbaycan vətandaşı üçün böyük sevinc və fərəh doğurdu. Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Azərbaycan Ordusu yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad edib. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır. Bu uğurlu əməliyyatlarda Azərbaycan ordusu dünyanın ən müasir ordularını arxada qoyaraq müasir müharibə taktikasını gerçəkləşdirdi. Təsadüfü deyilki müharibə dövründə Azərbaycan ordusunun taktiki gedişləri qələbəmizi sürətləndirməklə yanaşı mülkü ermənilərində itgisini azaldaraq işğalçı erməni ordusu ilə döyüşdüyünü bir daha sübut etdi. Cənab Prezidentin martın 15 də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bu məqama xususi diqqət yetirərək bildirmişdir ki, Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmayıb. Bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq.

Azərbaycan Ordusu Ali Baş Komandanın başçılığı ilə dünya hərb tarixində yeni bir səhifə açdığını sübut etməklə yanaşı ərazi bütövlüyümüzün bərpasını təmin etməklə tarixi qələbəmizi bizə bəxş etdi. Bizim üçün torpağımızın hər bir parçası müqəddəsdir. Bu müqqədəs torpağımızın bütövləşməsi istiqamətində atılan addımların ən mühüm strateji tərəfləri düzgün və vacib hədəflərin ilkin olaraq azad edilməsi idi.

Bu strateji hədəflərdən biri də 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmiş Hadrut qəsəbəsidir. Hadrut qəsəbəsinin tez bir zamanda azad edilməsinin vacibliyini cənab Prezdent bu səfəri zamanında xüsusi ilə vurğuladı:

- Hadrut qəsəbənin işğaldan azad olunması Vətən Müharibəsində əldə olunan qələbədə böyük rol oynayıb. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi.

Hərbi ekspertlərin də qeyd etdiyinə görə Hadrut azad edilməsi üçün Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi. Cənab Prezidentin səfər zamanı çıxışında bu məqama xususi diqqət yetirərək qeyd etmişdir ki, - Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq Şuşanı işğalçılardan azad etdik. Ona görə bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.

Şanlı qələbəmizdən sonra əsas vacib məsələ erməni vandalları tərəfindən dağıdılan kəndlərin, qəsəbələrin, şəhərlərin yenidən qurulması, kominikasya xətlərinin bərpa edilməsidir. Görürük ki, İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur. 15 mart tarixində Cənab Prezidentin Füzuli-Hadrut avtomobil yolunun təməl qoyma mərasimində iştirakı etmişdir. Bilirik ki, bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Şanlı qələbəmizdən dörd ay zaman keçib. Bu zaman ərzində azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri başlamışdır və uğurla davam etməkdədir.

Cənab Ali Baş Komandan 15 mart səfərində dünya tarixçilərinə də yeni dərs verdi. Xüsusi ilə Azıx mağarasına getməyi dünyanın diqqətini bir daha bəşəriyyət üçün tarixi əhəmiyyəti olan bu abidəyə çəkdi. Bilirik ki, ermənilərin işğalı zamanı öz alçaq niyyətləri ilə bu abidəmizə də yanaşmışlar. Burada saxta qazıntılar aparılmışdır. Cənab Prezident bu məsələyədə xüsusi diqqət yetirərək ermənilər tarixi faktlarla tutarlı cavab verdi.

Nofəl Şirinov

Azərbaycan Milli Elmlər Akademiyasının doktarantı

Bütün xəbərlər Facebook səhifəmizdə