Qusar rayonun Cibir kəndindən Vətən müharibəsində dörd oğlu qəhrəmanlıqla şəhid olub: Nurmətov Çoban Razəddin oğlu, Kəlbiyev Murad Məmmədziyad oğlu, Bəyverdiyev Rafiq Nurməhəmməd oğlu və Xeyirbəyov Malik Samik oğlu. Bu gün 19 mart tarixi şəhid Malik Xeyirbəyovun anadan olduğu gündür. Yaşasaydı Malikin bu gün 19 yaşı tamam olacaqdı. YAP Qusar rayon təşkilatının nümayəndələri Novruz bayramı ərəfəsində Cibir kəndində şəhid ailələrini ziyarət etmiş və onlara bayram sovqatlarını təqdim etmişdir. Sonra şəhidlərin kənd qəbristanlığında uyuduqları məzarları ziyarət edilmiş, ruhlarına dualar oxunmuş, tər qərənfillər düzülmüşdür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB