İtaliyanın Pordenone vilayətində hərbi təlimlərə qatılan tank səhv verilən koordinatlar üzündən quş fermasını atəşə tutub. SİA xəbər verir ki, bu barədə İl Fatto Quotidiano qəzeti yazıb. İnsident yerli ordu alayında yaşanıb. İnformasiyaya görə tankın heyəti atəş açarkən tankın lüləsini quş ferması istiqamətindən əks cinahda yerləşən stendə tuşlasa da, verilən səhv koordinatlar səbəbindən onun mərmisi fermaya düşüb. Müəssisənin sahibləri isə dağıntıları səhəri gün görüblər. Onlar təlimlər zamanı təhlükəsizliklərinin qorunması üçün fermadan uzaqlaşdırılmışdılar. “Çox sayda toruqlar məhv olub və divarlar dağılıb”, deyə məlumatda bildirilir.
Artıq Pordenone prokurorluğu araşdırmalara başlayıb. Nəşrin yazdığına görə, müstəntiqlər təlimlərdə iştirak edən dörd ədəd tanka həbs qoyub. Hərbçilər izah etməlidirlər ki, nəyə görə onlar ferma tərəfə atəş açıblar. Halbuki, onlar əks istiqamətə doğru atəş açmalıydılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB