27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində qəti qələbə çalaraq öz şərəfli missiyasını yerinə yetirmiş oldu. Müharibədən zəfərlə çıxan müzəffər ordumuz alnı açıq öz vətən torpaqlarını, kəndlərimizi, qəsəbələrimizi və şəhərlərimizi bir-birinin ardınca qısa zaman kəsiyində düşmən tapdağından azad edərək öz qanuni varislərinə təslim etmişdir. Bu gün Qarabağ bizim müqəddəs qibləgahımız vətən torpağımızdır. Çünki, orada minlərlə şəhidlərimizin, qazilərimizin haqqı vardır. Bu böyük şücaət və cəsarət tələb edən bir mühaibə idi. Azərbaycan bu savaşdan çox fəxarətlə qalib kimi çıxdı. Ərazi bütövlüyünü tam mənada bərpa edən Azərbaycan əsgəri müharibə dövründə mənfur Ermənistandan fərqli olaraq heç zaman mülkü əhaliyə qarşı bircə güllə belə atmamışdır. Bizim ordumuz müharibə qanunlarında vicdanla hərəkət edən çox nadir ordulardan biridir. Bunun tam əksi olaraq rəsmi Ermənistan böyük ölçülü artilleriya raketləri ilə mülkü əhalimizin yaşadığı şəhərləri hədəf almış çoxlu insan tələfatına və maddi itkiyə səbəb olmuşdur. Bu faktlar rəsmi Ermənistanın nə qədər çirkin bir siyasət yürütdüyünün bariz nümunəsidir. Dinc əhalini yatdığı zaman qətlə yeirmək Ermənistanın “köhnə adətidir”.
Erməni “dəsti-xətti” Qarabağın bütün şəhərlərdə öz izini bütün çılpaqlığı ilə büruzə verir. Məscidlərimizin, müqəddəs ocaqlarımızın, mədəniyyət abidələrimizin uçurulmuş dağıdılmış divarlarında erməni vəhşiliyi özünü açıq şəkildə təcəssüm etdirir. Elə bir yaşayış məntəqəsi yoxdur ki, erməni vandalları onu xarabalığa çevirməsinlər. Bununla ürəyi soyumuyan vəhşi “haylar” bütün bəşəriyyət tarixində ən müqəddəs hesab olunan dini ibadət evlərini, məscidlərimizi donuz tövləsi kimi istifadə etmiş, bütün azərbaycanlıların heysiyyatına toxunmuşdular. Ermənilərin törətdiyi insan qətliamı, mənəvi və ekoloji terror insan qəlbini riqqətə gətirir. Belə vəhşiliyin dünya tarixində analoqu yoxdur. Bütün dünya mediası və beynəlxalq təşkilatlar bu terrorlara qarşı biganə mövqe sərgiləyirlər. Xristian-erməni təəssübkeşliyi Avropa dövlətlərini bu məsələyə obyektiv qiymət verməkdən yayındırır.
Tarixi ədaləti bərpa edən Azərbaycan ordusu erməniləri Qarabağdan qovub çıxararaq böyük qələbəmizi təmin etmişdir. Oktyabrın 9-da Hadrut qəsəbəsinin düşmən işğalından azad edilməsi ordmuz üçün ən böyük əhəmiyyətli bir hadisə idi. Çünki qəsəbənin strateji mövqeyi digər ərazilərin də tezliklə ordumuzun nəzarətinə keçməsinə imkan verirdi. Ali Baş Komandanın qətiyyəti və rəhbərliyi ilə müzəffər Ordumuz doğma Qarabağımızı çox qısa zaman kəsiyində erməni mənfurlarından azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa düşmən tapdağından xilas edildi.
Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Ata-baba yurdumuzda azan səsi ucaldılır, şanlı üçrəngli bayrağımız dalğalanır. Artıq minalardan təmizlənən torpaqlarımızın bərpası işlərinə başlanılmışdır. Zəfər yolu adlanan Füzuli-Şuşa istiqamətindəki yolun çəkilməsi bunun bariz nümunəsidir. Bütün infrastruktur layihələri uğurla həyata keçirilir. Qarabağın əvvəlki şan-şöhrətini yenidən ona qaytaracayıq. Daha gözəl və müasir memarlıq və şəhərsalma planları ilə şəhərlərimiz abad olacaqdır. Qarabağın təbii resursları, iqtisadi və mədəni mühiti daha da imkan verəcəkdir ki, burada çox böyük sosial-iqtisadi layihələr həyata keçirilsin. Biz Ermənistandan fərqli olaraq bütün dünya xalqlarını dilinə, dininə, mədəniyyətinə və adət-ənənəsinə ehtiramla yanaşırıq. Heç bir tarixi kökləri olmuyan ermənilər hər bir şeyi digər xalqlardan oğurlayaraq özününkü kimi təqdim etməyə çalışmışlar. Lakin tarix heç zaman unudlmur və saxtakarlığı sevmir. Erməni xislətinin əsl mahiyyətini artıq bütün dünya ictimaiyyəti bilir.
Anar Babayev
Pirallahı RİH-in başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB