Səbail rayonunun Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

YAP Səbail rayon təşkilatı və 6 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvləri Novruz bayramı ərəfəsində Səbail rayonunun Vətən müharibəsi Şəhidlərinin ailələrini evlərində ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqlarının işğaldan azad olunması uğrunda Şəhadət zirvəsinə yüksələn qəhrəman oğulların əbədiyaşar, müqəddəs xatirəsi ailə üzvləri ilə birlikdə bir daha yad olundu, keçdikləri şərəfli döyüş yolu xatırlandı və ruhlarına dualar oxundu.

Şəhid ailə üzvləri ilə söhbət zamanı diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və qürur dastanıdır. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda Şəhadət zirvəsinə ucalan hər bir Şəhidimizin əziz xatirəsi xalqımız tərəfindən əbədi olaraq yaşadılacaq və ehtiramla yad olunacaq. Dövlət səviyyəsində Şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğı xüsusi qeyd olunub və bildirilib ki, bu ailələrə mənəvi dəstək hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Şəhid ailələri üzvləri dövlət, müxtəlif təşkilatlar və bütün cəmiyyət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər, Azərbaycanın şanlı qələbəsi və qəhrəman övladları ilə qürur duyduqlarını vurğulayıblar. Şəhid ailələrinə Novruz sovqatı və maddi yardım təqdim olunub.

Bütün Şəhidlərimizin ruhları şad olsun!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə