DAK Gənclər Təşkilatı “Güney Azərbaycanda 22 May hadisələrinin ildönümünü qeyd edib
Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı Atatürk Mərkəzində "Güney Azərbaycanda 22 May hadisələrinin ildönümü" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, 2006-cı il İranda Azərbaycan türklərinin rəsmi qəzetdə təhqir olunmasına etiraz əlaməti olaraq başlayan milli hərəkat Güney Azərbaycan milli hərəkatında dərin izlər buraxıb.
Tədbiri açıq elan edən DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli 2006-cı il 22 may tarixində Güney Azərbaycanda baş qaldırmış hərəkatın təsadüfi olmadığını, bunun illərdən bəri hazırlandığını diqqətə çatdırdı.
Digər çıxışçılar "İnkişafa Baxış" Araşdırmalar Mərkəzinin sədri, politoloq Niyaz Qaraöynəli, Ümid Partiyasının İdeoloji və Gənclər məsələləri üzrə sədr müavini, politoloq Taleh Əliyev, Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti, araşdırmaçı Ənvər Börüsoy, yazar Tofiq Türkel, "Borçalı" Cəmiyyəti Gənclər Təşkilatının sədri Alı Adıgözəl "Sayokan" döyüş növləri mərkəzinin prezidenti Vasif Namazlı hadisələr haqqında danışaraq bu gün xalqımızın milli həmrəyliyi üçün belə tədbirlərin davamlı olmasını bildirdilər.
Sonda bir neçə təşkilatı öz ətrafında birləşdirən Dünya Azərbaycanlılarının vətəndə təhsil alması üçün güzəştlərin tətbiqi ilə bağlı işçi qrup yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB