Dünyanın 10 əzəmətli məscidi

Dünyanın 10 əzəmətli məscidi

Müsəlman aləminin ibadət və mənəvi rahatlıq məkanı olan məscidlər dünyada saysız hesabsızdır. SİA-nın xəbərinə görə, lakin onlardan bəziləri böyüklüyünə, əzəmətinə, bəziləri isə yerləşdikləri məkana, orada yerləşən müqəddəs insanların qəbrinə və s. cəhətlərə görə digərlərindən fərqlənir. Bu dəfə sizlərə dünyanın ən böyük 10 məscidi haqqında məlumat verəcəyik. Ardı olacaq.

1. \"Məscidül-Həram\" (Məkkə, S. Ərəbistanı) 4 000 000 nəfər eyni anda ibadət edə bilir. Məscid təqribi hesablamalara görə, e.ə. 2-ci minillikdə tikilib.

2. \"Peyğəmbər Məscidi\" (Mədinə, S. Ərəbistanı) 1 000 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 622-ci ildə istifadəyə verilib.

3. \"İmam Rza (ə) Hərəmi\" (Məşhəd, İran) 700 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 818-ci ildə istifadəyə verilib.

4. \"Feysəl\" mscidi (İslamabad, Pakistan) 300 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 1986-cı ildə istifadəyə verilib.

5. \"İstiqlal\" məscidi (Cakarta, İndoneziya) 120 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 1978-ci ildə istifadəyə verilib.

6. \"Həsən II\" məscidi (Kasablanka, Mərakeş) 105 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 1993-cü ildə istifadəyə verilib.

7. \"Badşahi\" məcsidi (Lahor, Pakistan) 100 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 1673-cü ildə istifadəyə verilib.

8. \"Cama\" məscidi (Delhi, Hindistan) 85 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 1656-cı ildə istifadəyə verilib.

9. \"Şeyx Zayed\" məscidi (Abu-Dabi, BƏƏ) 40 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 2007-ci ildə istifadəyə verilib.

10. \"Beytul Mukarram\" (Dəkkə, Banqladeş) 40 000 nəfər eyni anda ibadət edə bilir. Məscid 1960-cı ildə istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə