Axır çərşənbədə 9 ölü, mindən çox yaralı! İRANDA

Axır çərşənbədə 9 ölü, mindən çox yaralı! İRANDA

İranda Novruz bayramı ərəfəsində xalq tərəfindən qeyd edilən və kütləvi hal alan Axır çərşənbə günündə ehtiyatsızlıq üzündən baş vermiş hadisələr nəticəsində 9 nəfər ölüb, 1,8 min nəfər isə yaralanıb. SİA xəbər verir ki, bu haqda ölkəsinin mətbuatına İranın Fövqəladə hallar təşkilatının rəsmi nümayəndəsi Müctəba Xaledi deyib.

"Çərşənbə axşamı gecəsində bu il doqquz insan həlak olub, 1894 nədər isə müxtəlif xəsarətlər alaraq yaralanıb", deyə İRİB Tv-yə danışan Xaledi əlavə edib ki, ötən il bayram ərəfəsində dörd nəfər həyatını itirmiş, 1498 nəfər isə yaralanmışdı.

Onun sözlərinə görə, ən çox xəsarət alanlar paytaxt Tehranın payına, Şərqi Azərbaycana və Kirmanşaha düşür. Belə ki, yaralananların 46%-i 6 yaşdan 18 yaşadəkdir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə