Dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olan Gültəkin Hacıbəyli ŞƏRH
Yalan, qəddarlıq, satqınlıq, nifrət, ikiüzlülük – rəzil qadının əsl “siması”
Yalan, qəddarlıq, satqınlıq, nifrət, ikiüzlülük – Gültəkin Hacıbəylinin əsl «simasıdır». O Gültəkin Hacıbəyli ki, dünənə kimi deputat olduğu zamanlarda onun apardığı yalnız bir şeyi - Azərbaycanda mütləq demokratiyanın hökm sürdüyünü, insan hüquqlarının azadlığını, heç bir siyasi məhbusun olmadığını və sovet şinelindən qopmuş bu fenomenal ərazinin – yeni demokratiya beşiyi olmasını sübut etmək üçün təkcə doğma Goranboy ərazisində deyil, onun üçün yad olan Strasburqda vuruşurdu. İndi hər şeyi, hər kəsi əzməyə səy göstərən, ölkəmizdə olan uğurlu nailiyyətləri və qələbələri sosial şəbəkələrdən böhtanlar, iftiralar deməklə, özünün «ədalətin müdafiəçisi» sayan rəzil qadın G.Hacıbəyli satqınçılıq «simvolu» olan AXCP sədri Əli Kərimlinin «şinelinə» elə girib ki, hətta yaddaşsızlığı gəlib çıxıb.
10 il layiq olmadığı «yüksəkliyə» qalxan Gültəkin Hacıbəyli artıq adi insanlara və onların əzablarına diqqət etmək vərdişini itirib. «Bəyli» olmuş Hacıyeva, ziyalı və ləyaqətli insanların üzərində əsl divan təşkil edib. Onun əməllərinin qurbanı tək şəhid ailələləri, müharibə veteranları, hətta əməllərinin qurbanı onun doğma dayısı - Goranboyda yaşayan yaşlı İdris kişi olub ki, o, onun “Emil” MMC müəssisəsini əlindən alıb. Təkcə bu deyil! O, ona məxsus gips karyerini əlindən alıb. Doğma dayını çörəksiz qoymaq! Bunun üçün daş ürəyə malik olmaq lazımdır. Əvvəllər Goranboy rayonunda olarkən rayon camaatının «Gültəkin Hacıbəyli məmurdan tutmuş adi süpürgəçiyə qədər bezdirib» sözlərini eşidəndə təəccüb edirdim. Rayon camaatı bildirirdi ki, o həmişə öz seçki dairəsinin bütün dövlət məmurlarına vergi qoymağa vaxt tapırdı və rayon rəhbərinin yanına gəlir, ondan 5 min tələb edirdi. Ancaq Milli Məclisdə o “zülm edilmiş azərbaycanlıların” sosial hüquqları haqqında danışırdı. Bu danışıqla da o nə az nə çox - 40 hektar torpaq təsərrüfat sahəsinə malik oldu! Şərəf haqqında danışan G.Hacıyeva 2005-ci il seçkilərinə – “Mən Goranboyu layiqincə təmsil edəcəyəm!”, - deyən deputat ləyaqəti olmadan, yəni şəxsi tarlaları ilə, Mehdiabad qəsəbəsində, paytaxtın mərkəzində yeni mənzillər əldə etməklə, Hacıyevadan Hacıbəyliyə çevrilən zəngin regionu təmsil etməyə başladı.
Gültəkin Hacıbəylinin “maskaları”...
Üçüncü dəfə Goranboydan deputatlığa seçilə bilmədikdə “Yorulmuşam, siyasətdən gedirəm» dedi. Amma Hacıbəyli çoxlarının gözlədiyi kimi, siyasətdən getmədi. O özünü elmə də həsr etmədi - onun elmlə işi yoxdur, çünki elm narsisizm və eqosentrizmi inkar edir, insan özünü bu işə tamamilə həsr etməlidir. O siyasətə qayıtdı, amma əvvəl «bəyli» sonluğunu atmaqla «özünə layiq siyasətə” qayıtdı. Əgər əvvəllər o öz prezidenti ilə fəxr edirdisə, bu gün o qərb liderləri ilə fəxr edir; sitatları da Qandidəndir. Əgər əvvəl unikal Azərbaycan modelindən danışırdısa, bu gün fədakarlıqla xidmət etdiyi hakimiyyəti ittiham edir. Əgər əvvəl onun bəyanatları - ölkəmizdə siyasi dustaq yoxdur - sovet ruhunda olurdusa, bu gün «siyasi dustaqların» əzabları onu yumşaldır. Bax, budur Gültəkinin maskası. Bu gün bu min bir maskası olan Gültəkin sosial şəbəkələrdən bu qalib dövləti, hakimiyyəti, xalqı, ordumuzu, şəhidlərimizi hədələməsi bir daha G.Hacıbəylinin nə qədər mənəviyyatsız olduğunu göstərir.
Əvvəl şəxsiyyət, sonra siyasət...
Belə bir deyim var: «Əslində, siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur». Bu gün Azərbaycana nifrət edən G.Hacıbəyli kimilərin əsl üzü budur – «Vətən üçün pis olan, mənə faydalıdır». Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa bir şey deyil.
Yazıqlar sənə, rəzil qadın- Gültəkin Hacıbəyli...
Ona görə ki, bütün dünya bir daha şahid oldu ki, bu gün həmrəylikdən yoğrulan “dəmir yumruq” siyasəti nəticəsində 30 ilin həsrətinə 44 gün ərzində Qarabağ Azərbaycanımıza qovuşmağımız, 2021-ci ilə böyük qələbələrlə, zəfərlərlə qədəm qoymağımız məkrli niyyətli, xarici beynəlxalq təşkilatların nökərləri – Azərbaycanın uğurlarını, Vətən Müharibəsi zəfərini həzm edə bilməyənlər Paşinyan səviyyəsində irəli gedə bilməyənlər, erməni dəyirmanına su tökməklə abırsızlıqlarını nümayiş etdirən – G.Hacıbəyli, Əli Kərimli, Cəmil Həsənli...kimilər öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və kökü, mənəviyyatı erməni xislətli, erməni təxribatına qahmar çıxan Sevinc Osmanqızı, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədov, Əli Kərimlinin nökəri olan Cəmil Həsənli, özünü «hüquq müdafiəçisi» hesab edən Vidadi İskəndərli və bu kimi məkrli niyyətlilər bilməlidirlər ki, radikal müxalifət və «beşinci kolon» deyilən erməni çörəyi yeyənlər tarixin arxivinə atıldıqları kimi də qalacaqlar. Çünki onlar reallıqda kimsəyə lazım deyillər, istifadə olunduqdan sonra kənara atılanlardır. Azərbaycan isə müstəqillik, demokratiya yolunu davam etdirərək, daha böyük uğurlar qazanacaq. Xankəndidə, Şuşada, Laçında, Qubadlıda, Ağdamda, Füzulidə, Hadrudda...dalğalanan bayrağımız dalğalanacaq! O bayrağa baxan xalq üçün radikal müxalifət deyilən bir «varlıq» isə çoxdan mövcud deyil! Çünki əsl həqiqət o bayraqda və onu oraya sancan vətənpərvərlərdədir!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB