“Jurnalistlərin binası”nın qarşısında aksiya keçirilib - VİDEO- FOTOLAR
Yaşıllıq sahələrinin artırılması, ağac əkininin təşviqi məqsədilə yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə tədbiri torpaq çərşənbəsində “Jurnalistlərin binası” qarşısında keçirilib.
SİA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın meyvə və həmişəyaşıl ağac tingləri əkilib.
Eyni zamanda öz bağ sahələrində ağac əkmək üçün müraciət edən media nümayəndələrinə tədbir çərçivəsində əlavə meyvə tingləri paylanılıb.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov da tədbir çərçivəsində ağac əkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB